Uşaqları normal yuxuya necə alışdırmaq lazımdır? Pediatrdan yuxu gigiyenası barədə TÖVSİYƏLƏR

Uşaqları normal yuxuya necə alışdırmaq lazımdır? Pediatrdan yuxu gigiyenası barədə TÖVSİYƏLƏRBöyüklərdə olduğu kimi uşaqlarda, körpələrdə də yuxu gigiyenası sağlamlığın əsas şərtlərindən biridir. Körpənin normal inkişafı üçün başlıca amillərdən biri də yuxunun qaydasında olmasıdır. Bunu necə tənzimləmək olar? Körpələri nizamlı yuxuya necə alışdırmaq lazımdır? Pediatr, uzman həkim Ülvi Əliyev məqaləsində bununla bağlı bir sıra tövsiyələr verib. Onları təqdim edirik:
Tez yuxuya getmə, lazımi qədər yuxulama və yuxusunu alaraq, sakit bir şəkildə oyanmağa yuxu gigiyenası deyilir. Bunun üçün aşağıdakılara əməl olunması məsləhətdir:
Yuxu vaxtının gəldiyini körpəyə yarım saat öncədən hiss etdirməli və bu əhval-ruhiyə davam etməlidir. Körpənin hamam sonrası ya da hamiləlik boyunca dinlədiyi eyni musiqi ilə yatması lazımdır.
Uşaq çətin yuxuya gedirsə, yanına allergik olmayan, tüklü ya da tüksüz yuxu yoldaşı deyilən oyuncaqlardan yararlanıla bilər. Bunları qucaqlayaraq özünü daha rahat hiss edəcəkdir.
4 aydan kiçikləri yarımçıq qundaqlamaq, yuxu müddətini uzadır. Körpənin təkcə qollarını zərf şəklində sarımaq və ayaqları sərbəst buraxmaq gərəkdir. Qolları nəzarət altına alınsa diksinməklə oyanmasının qabağı alınar.
6 ay - 3 yaş dönəmində gündüzləri 2 saat olmaqla ya bir ya da iki dəfə yuxulaması arzuolunandır.
Uşaqlar nizamı sevərlər. Buna görə həmişə eyni yataq, eyni hava, eyni paltarlar və eyni qoxunu alması təmin edilməlidir. Ev dəyişiklikləri olan körpələrin yuxu nizamı olmaz. Ən azı öz yerində yatmasına cəhd etmək vacibdir.
Uşağın yatağına alışması üçün nə etmək olar?
"Gecə yerində yatmır", "Qucaq istəyir", "Qucaqdan düşmür", "Yerinə yatıran kimi ağlayır" - çox valideynlərə bu hal tanışdır. Bəs nə edək?
Uşaqların öz yatağında yuxulaması inkişaf etməsi cəhətdən vacib əhəmiyyət daşıyır. Bunun üçün arzu söndürmə texnikası işlədilir.
Uşağın ana dili ağlamaqdır, bu şəkildə dərdini anladır. Ac olanda da, bir yeri ağrıyanda da. Hər ağladığında qucağa almaq yerinə yanında olduğunuzu göstərməniz gərəkdir.
İlk gün; altının quru, qarnının tox və qazının olmadığından əminsinizsə yatağına qoyun və yanında durun. Əllərinizlə körpənizə toxunun ve bu şəkildə yuxuya getməsini gözləyin. İşdir, ağlarsa 15 dəqiqəyə qədər ağlamasına icazə verin. Sonra qucağınıza alın və sakitləşdirin. Sonra yenə yerinə yatırdın. Hələ də ağlamağa davam edirsə, bu dəfə 20 dəqiqə gözləyin.
Bir gün içində 3-dən çox ağlama epizodu olmamalıdır. Amma bir gün sonra ən son dəqiqədən başlamaq lazımdır. İlk gün 25 dəqiqə qədər ağladısa ikinci gün 25-30-35 dəqiqəlik dövrlər izlənməlidir. Arzu söndürmə texnikasına 3 gün riayət edilsə, körpə demək olar ki, öz yatağında yatmağa alışacaq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1828   Tarix: 18 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

donlar 2026 hamiləlik qaşların formalari zorlama güllərin mənası xinayaxdi haxista qadın orqanizmi kosmetika nizami gəncəvi maraqlı bayatı video baldiza aid haxisda