Uşaqları soyuq aylarda necə geyindirməli?
Qış ayı yaxınlaşır. Havalar artıq soyuyub. Bu mövsümdə anaları düşündürən məsələlərdən biri də körpəsinin üşüyüb üşüməməsidir. Bəzi analar uşaqlarının üşüdüyünü düşünərək çox qalın geyindirir.
Bəs bu doğrudurmu?
körpənin bədəninə nəzarət edilməsinin vacibliyini vurğulayıb: "Dizləri, qolları istidirsə bu, kifayət qədər geyindirmisiniz anlamına gəlir. Yanaqları qızarıb, ənsədəki saçları tərləyibsə bu, artıq yersiz qalın geyindirdiyinizin göstəricisidir ki, bu da azyaşlı üçün heç də məsləhət deyil. Əgər uşaq hər zamankından daha durğun və solğundursa bir qat daha geyindirməkdə fayda var. Çünki hərəkət etməyən uşaq üşüyür".
Uşaq geyimlərindən də bəhs edən pediatr seçilməli olan parça növləri ilə bağlı məsləhətlər verib: "Otaq istiliyi 18-22 dərəcə arasında olmalıdır. Sintetik geyimlər körpənizi isti havalarda isti, soyuqda isə eyni cür soyuq saxladığına görə bu materialdan qaçmalısınız. Mövsümə uyğun pambıq və ya yun geyimlərə üstünlük verməkdə yarar var."
Həkim onu da əlavə edib ki, körpənin əllərinin və ya üzünün soyuq olması bədən istiliyini göstərmir. Çünki soyuq küləkdən üz üşüyə, lakin bədəni isti qala bilər.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin