"Uşaqlarım artıq-əskik paylaşım etsə, başlarını kəsərəm" - Əməkdar artist
Əməkdar artist Ədalət Şükürov sosial şəbəkədə yayılan qeyri-etik görüntülərdən danışıb.
Müğənni "Gündən-günə" verilişində bildirib ki, bu hallar onu çox əsəbiləşdirir:
"Sosial şəbəkə çox əla bir şeydir. İnsan yeni adamlarla tanış olur, mahnısını paylaşır, məlumatlar alır. Biri də var səhifəni verirsən lazımsız, qanmaz insana. 50-60 il qazanılan hörməti 1 saniyəyə məhv edir.
Biz 70 müğənni bəzi qurumlara müraciət etdik ki, bizim milli dəyərimizi pozan paylaşımların qarşısını alsınlar. Bir video göndərilir, olar onu paylaşmayaq?
Mənim uşaqlarım heç kimə şərh yaza bilməz. Ancaq öz yaxın dostlarına bəyəni qoyub, irad yaza bilərlər. Girib müğənnilərin paylaşımına təhqirlər yaza bilməzlər. Uşaqlarımı göstərmirəm. Niyə hansısa başdanxarab mənim uşağıma, xanımıma şərh yazsın?
Övladımın sosial şəbəkədə nə yerləşdirdiyinə baxıram. Artıq-əskik nəsə paylaşsa, onun başını kəsərəm".
/Axsam.az
f Paylaş








Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Məşhur aktyor 46 yaşında vəfat etdi
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)