"Uşaqlarımı atıb getdim xaricə" - Mətanət ağladı

"Uşaqlarımı atıb getdim xaricə" - Mətanət ağladı"İnsan hər şeyə dözür, təkcı vicdan əzabına yox. İnsanın içi göynəyir. Ən çox övladlarıma baxa bilmədiyimə görə vicdan əzabı çəkirəm. Uşağa ən çox balaca vaxtında ana lazım olur. Böyüyəndə özü gedir, gəzir. Uşaqlarımın balacalığından doymadım. Baxıram ki, artıq böyüyüb. Deyirəm, o balaca uşaqlar hara getdi?".
Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Ən yaxşısı" verilişində deyib. Müğənni övladları ilə bağlı etiraflar edərkən ağlayıb. O bildirib ki, uşaqlarına körpə vaxtı baxa bilməyib:
"Qaçdım çörək dalınca. Ülkərin 1 yaşı var idi, qoydum anamın yanına. Kərimə də 7 yaşından anam-bacım baxdı. Aylarla xaricdə olurdum. Uşaqlar elə bilirdi ki, anaları onları atıb. Onların mənə ehtiyacı olan vaxtda yanlarında olmadım. Ehtiyacdan... Ehtiyac səni elə çaşdırır ki, övlad yadına düşmür. Allah ananı yaradır, övlad verir ki, ona baxsın. Kişi işləyər, gətirər (ağlayır).
Gəlinimi evə gətirəndə dedim ki, sənə köməkçi tutacam. Gedib yemək bişirmə, paltar ütüləmə, uşaq da kənarda ağlaya-ağlaya qalmasın. Otur ancaq uşaqlara bax. İmkanım var, indi edirəm.
Kərim (oğlu red.) deyir ki, ana, səni heç vaxt bağışlamayacam. Bizi atıb getdin xaricə və 6 ay gəlmədin. O vaxt da telefon yox idi, hər dəqiqə əlaqə saxlaya bilmirdim. Kərim elə bilib ki, onları atıb getmişəm. O vaxt qadınlar uşaqlarını atıb, gedirdi Türkiyəyə. Balalarımı atmaram axı, özümü öldürərəm. Deyir, məni aldadırdılar ki, çıx anan gəldi. Çıxırdım ki, yalandır. Səhərə qədər ağlayırdım. İndi uşaqlarımı hər görəndə vicdan əzabı çəkirəm".(axşam.az)

Şou Biznes     Baxılıb: 1748   Tarix: 20 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

.

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

.

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

.

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

turlar.az

yay kolleksiyasi yemek reseptleri toy gecesi xarici ulduzlar hakistalar göyəm mürəbbəsinin resepti qadın alt paltarları kosmetika baliq salatlar haxisda yuxuda qara ilan gormek ziyafet geyimleri