Uşaqların immun sistemi bu cür MƏHV OLUR

Uşaqların immun sistemi bu cür MƏHV OLURValideynlərin əksəriyyəti təmizlik baxımından uşaqlarına qarşı çox həssas olurlar. Xüsusilə 1-3 yaşa qədər körpəsi olan analarda bunu daha çox müşahidə etmək olar.
Mütəxəssislərin dediyinə görə, uşaqları ifrat dərəcədə təmiz saxlamaq əslində onların immun sisteminə xeyirdən çox ziyan vurur.
Milli.Az azedu.az-a istinadla xəbər verir ki, həkim-pediatr Qoşqar İsmayılov deyib: "Bəzən 1-2 yaşında körpələr iməkləməyə başlayarkən valideynlər onların natəmizliklə üzləşməməsi üçün buna icazə vermir, onları daha çox qucaqlarında saxlamağa öyrədirlər. Uşaqların bu dərəcədə təmiz saxlanılması, əllərinin tez-tez yumağa öyrəşdirilməsi onlarda tez-tez xəstəliklər yaranmasına səbəb olur, çünki immun sistemi mikrobları uşaqlıqdan tanımır və orqanizmdə ona qarşı müqavimət yaranmır. Bu, gələcəkdə hər hansı bir mikrobla üzləşərkən onlarda müxtəlif klinik əlamətlərin və xəstəliklərin əmələ gəlməsinə səbəb olur".
Hər hansı mikrobla təmas zamanı orqanizmdə onlara qarşı mübarizə reaksiyası formalaşır. Ona görə də hər şeyi steril etmək tövsiyə olunmur. Psixoloqların fikrincə, belə uşaqlar böyüyəndə özünəinam problemi ilə üzləşirlər.
Psixoloq Könül Cəfərova bu barədə deyib: "Bəzi valideynlər ifrat dərəcədə təmizlik aludəçisidir. Uşaq valideyndə gördüyü əksər keyfiyyət və vərdişləri özünə aşılayır. Onun həmin vərdişlərə ifrat dərəcədə alidə olması gələcəkdə cəmiyyətdə özünə yer tutmaq, özünü təsdiq etmək və özünəinam hissinin olmasında problemlər yaradır. Belə xarakterə malik olmaq gələcəkdə onun sosial uyğunlaşmasına da təsir göstərir".
Mütəxəssislər bildirirlər ki, bu məsələdə ortaq nöqtəni tapmaq əhəmiyyətlidir. Əgər uşaqlar tez-tez xəstələnirsə, onu dərin həkim müayinəsindən keçirmək tövsiyə olunur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1337   Tarix: 12 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

geyim dəbləri makiyaj etmek qaydalari qis geyimləri 2026 makaron reseptləri aliment almaq veten haqqinda atalar sozleri qadın müdafiəsi kosmetika hakışda azerbaycan haxisda oyunlar rus dili 2ci ders