Uşaqların ucaboy olması üçün nə etmək lazımdır?

Uşaqların ucaboy olması üçün nə etmək lazımdır?Ötən ilin statistik göstəricilərinə görə, ölkə üzrə qalxanabənzər vəzi xəstəlikləri ilə 16 986 nəfər dispanser qeydiyyatına götürülüb.
Onlardan 3251 nəfəri diffuz ur, 2730 nəfəri düyünlü ur, 5443 nəfəri tireotoksikoz, 3363 nəfəri hipotireoz, 1060 nəfəri tireoditlər, 53 nəfəri isə qalxanabənzər vəzinin yeni törəməsindən əziyyət çəkir. Bəs görəsən artıq çəkidən, diabetdən, eləcə də el arasında zob kimi tanınan xəstəliklərdən necə qurtulmaq olar? Şəkərli diabetdən bir əməliyyatla xilas olmaq mümkündürmü? Bu xəstəliklərin müxtəlif müalicə üsulları insan sağlamlığı üçün hansı təhlükələri yarada bilir?
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pediatr-endokrinoloqu İlsur Novruzovla müsahibəni təqdim edirik:
- Sizə müraciət edən xəstələr ən çox hansı endokriniloji xəstəliklərdən əziyyət çəkir? Ölkədə bu xəstəliklərin sayı niyə çoxalır?
- Ümumiyyələ, bütün dövrlərdə Azərbaycanda endokrinoloji xəstəliklərin sayı çox olub. Bu barədə dəqiq statistik rəqəmlər demək çətindir. Ölkədə endokrinoloji xəstəliklərə aid bütün problemlər kifayət qədər aktivdir. El arasında "zob" deyə tanıdığımız ur xəstəliyi qalxanabənzər vəzinin funksiyasının pozulması nəticəsində boğaz nahiyyəsində yaranan şişkinliklə müşahidə edilir. Lakin bu şərt deyil ki, şişkinlik olsun. Azərbaycan onsuz da endemik zona hesab olunur. Buna görə də ur xəstəliyinə tez-tez rast gəlinir.
Bundan başqa, təxminən 10 ildir ki, şəkərli diabet xəstələrinin statistikası aparılır. Xüsusilə onu vurğulamaq lazımdır ki, statistik rəqəmlər böyüklərə nisbətən uşaqları daha çox əhatə edir. Bunun səbəb isə onların xəstəxanada müalicə olunduqdan sonra Endokrinoloji Mərkəzdə qeydiyyatdan keçmələridir. Bunun sayəsində dəqiq statistik rəqəmlər demək mümkün olur. Amma qeydiyyatda olmayan çoxsaylı şəkərli diabet xəstələrinin olduğu da bir faktdır. Azərbaycanda "Şəkərli diabet üzrə dövlət proqramı"na əsasən diabet xəstələrinə pulsuz insulin, qlukometr (şəkər ölçən aparat) və testlər verilir.
- Qalxanabənzər vəzi xəstəlikləri gizli inkişaf edə bilirmi?
- İlkin mərhələlərdə xəstəlik simptomsuz keçir. Adətən xəstədə qalxanvari vəzi böyüyür və nəticədə "zob" əmələ gəlir. Təbii ki, şübhəli vəziyyətlər olduqda həkim endokrinoloqa müraciət etmək tövsiyə edilir. Diaqnozun dəqiqləşdirilməsi üçün həkim xəstəyə qalxanvari vəzi hormonlarının analizini təyin edir. Bundan əlavə, xəstənin qanında xüsusi anticismlərin aşkar olunması üçün analiz götürülür. Xaşimoto xəstəliyi olan pasiyent daim endokrinoloqun nəzarətində saxlanılır. Xəstəyə hormonal müalicə təyin olunur (çatışmayan qalxanvari vəzi hormonları). Bu dərmanları xəstə həyatının sonuna kimi qəbul etməlidir. Bəzən qalxanabənzər vəzinin ölçülərində heç bir böyümə müşahidə edilmir, lakin yoxlama zamanı məlum olur ki, hormonlarda və vəzin tərkibində müəyyən dəyişikliklər var. Vəzin tərkibində düyün, kista, törəmə ola bilər, amma ilkin simptomlar özünü büruzə vermədiyi üçün xəstə həkimə müraciət etməyə ehtiyac duymur.
Bəzən uşaqlarda anadangəlmə ur xəstəliyi diaqnozu qoyulur. Biz buna ur ilə müşahidə olunan anadangəlmə hipoterioz deyirik. Bu xəstəlik ilkin mərhələlərdə özünü çox cüzi, bir neçə əlamətlə göstərir. Əgər ilkin mərhələrdə düzgün diaqnoz qoyub, xəstəliyin müalicəsinə başlanılmazsa, gələcəkdə əqli zəflik kimi xəstəliklər yarana bilir.
Amma bir qrup uşaqlar da var ki, onlarda anadangəlmə qalxanvari vəzi tam inkişaf etməmiş olur. Bəzən uşaq orqanizmində qalxanabənzər vəzi tipik yerindən fərqli yerdə yerləşir, yaxud da ümumiyyətlə olmur.
- Bəs harda olur?
- Nəzəriyyəsinə görə tipik yerindən fərqli yerlərdə. Məsələn, ya dilin dibində, ya da döş sümüyünün arxasında. Buna isə atipik ur deyirik. Son vaxtlar yod çatışmazlığı səbəbindən yaranan ur xəstəliklərinin sayında azalmalar müşahidə edilir. Bunun səbəbi isə insanların mütəmadi olaraq istifadə etdiyi duzların tamamilə yodlaşdırılmış olmasıdır. Bununla da insan orqanizminin yoda olan sutkalıq təlabatı ödənilir. İndi ən çox yayılan endokrinoloji xəstəliklərdən biri də Autoimmun tireoidit və ya Xaşimoto xəstəliyi kimi tanınan qalxanvari vəzi xəstəliyidir. İlk dəfə bu xəstəliyi yapon həkimi Xaşimoto aşkar edib. Bu xəstəliyi qalxanvari vəzinin və həmçinin immun sisteminin xroniki xəstəliyi adlandırırlar. Xüsusilə qadınlarda daha tez-tez rast gəlinir. Xaşimoto xəstəliyi zamanı xəstənin immun sistemi öz sağlam qalxanvari vəzi hüceyrələrini (bu hüceyrələr "tireositlər" adlandırılır) "yad" hüceyrələr kimi qəbul edərək onları məhv etməyə başlayır. Xəstəliyin inkişaf mərhələlərində qalxanvari vəzinin hüceyrələri tədricən məvh olur və nəticədə xəstədə hipotireozun (qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi) simptomları meydana çıxır. Burada çəkinin "səbəbsiz" artması, dərinin quru olması, saçların tökülməsi, daim yorğunluq, yuxululuq, nəbzin zəifləməsi, yaddaşın pozulması və s. əlamətlər özünü büruzə verir. Xəstəlik qısa müddət ərzində inkişaf etmir. Ümumiyyətlə, ilkin simptomların müşahidə edildiyi dövrə qədər xəstəlik öz özlüyündə müəyyən mərhələ keçir. Bu isə uzun illər aparır. Bəzən isə immun sisteminin hücumuna cavab olaraq qalxanvari vəzi öz funksiyasını artırır. Bu zaman isə toksiki zob (zəhərli zob) yaranır.
- Toksiki zobun müalicəsi varmı?
- Xəstəlik kəskin arıqlama, güclü tərləmə, əllərin əsməsi, əsəbilik, əhvalın tez-tez dəyişilməsi, yuxusuzluq və s. ilə müşahidə olunur. Bu xəstəliyə hər yaş qrupunda kifayət qədər tez-tez rast gəlinir. Əslində digər növ ur xəstəlikləri ilə müqayisədə zəhərli zobun müalicəsi nisbətən çətindir. Amma onun da müalicəsi var. Bəzən effekt olur, bəzən isə təəssüf ki, orqanizm müalicəyə müsbət cavab vermir. Müalicədən sonra pasiyentlərin vəziyyəti nisbətən yaxşılaşsa da, bir müddət sonra yenidən proses baş qaldırır. Toksiki zob olduğu üçün müalicəni 2 ildən çox davam etdirmək mümkün deyil. Bu səbəbdən də həmin xəstələri əməliyyata göndəririk.
- Əməliyyatda ölüm riski nə qədərdi?
- Bütün əməliyyatlarda ölüm riski mövcuddur.
- Bəzən xəstələr dost-tanış məsləhəti ilə müxtəlif dərman preparatları qəbul edirlər.
- Ümumiyyətlə, tərkibində yod olan preparatlarının, müxtəlif bioloji-aktiv əlavələrin (dəniz yosunları və s.) səbəbsiz olaraq qəbulu qalxanabənzər vəzi xəstəliklərinin əsas risk faktorlarından biridir. İnsan orqanizmində yod tələbatının normadan az olması qalxanvari vəzinin funksiyasına mənfi təsir edir. Lakin yodun həddən artıq qəbul edilməsi də orqanizmdə çox ciddi fəsadlara, vəzin funksiyasının pozulmasına gətirib çıxara bilər. Ona görə də tərkibində yod olan preparatların, eləcə də qida əlavələrinin yalnız həkim müayinəsindən sonra qəbulu məqsədəuyğun hesab olunur. Bu preparatları özbaşına qəbul etmək düzgün deyil.
- Həkim, bu bəhs etdiyimiz qalxanabənzər vəzinin ölçüləri yaşa görə dəyişirmi? Hansı aralıqda normal hesab olunur?
- Yaşdan asılı olaraq onun ölçüsü və çəkisi dəyişir. Yeni doğulmuş uşaqlarda bu vəzinin çəkisi 1 qram olur. 1 yaşında uşaqlarda 2-3, 2 yaşında 4, 5-10 yaş arası uşaqlar da isə 15 qrama qədər olur. Daha böyük insanlarda isə bu çəki 25-30 qrama qədər ola bilir. Qalxanabənzər vəzin funksiyaları olduqca vacibdir. Belə ki, bu orqan insan orqanizmində bütün maddələr mübadiləsində - zülalın, karbohidratların, yağların, mineralların mübadiləsində iştirak edir. Bundan başqa, ürək-damar sistemində çox ciddi rol oynayır. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyanın 118 ölkəsində yod çatışmazlığından əziyyət çəkənlər var. Təxminən 1 milyard 500 milyon nəfərdi. Onlardan 655 milyona yaxını endemik ur xəstəliyindən əziyyət çəkir. Azərbaycan özü də yod çatışmazlığına görə, endemik ərazi hesab edilir. Xüsusilə Şimal-Qərb bölgəsi - Şəki, Şamaxı, Zaqatala, Qax, Beyləqan, Quba, Qusar və s. rayonlarda bu xəstəlikdən əziyyət çəkən insanların sayı daha çoxdur.
- Uşaqların intellektual səviyyəsi ilə qalxanabənzər vəzi arasında nə kimi əlaqələr var?
- Anadangəlmə hipotireoz xəstəliyi ilə doğulan uşaqlarda bu risk faktoru daha yüksəkdir. Ona görə ki, bu xəstəlik qalxanabənzər vəzinin çatışmazlığından irəli gəlir. Və ilkin mərhələdə düzgün diaqnoz və müalicə tətbiq edilmədiyi halda birbaşa mərkəzi sinir siteminə təsir edir, eyni zamanda da əqli zəiflik yarada biləcək dərəcəyə gətirib çıxarır. Yeni doğulmuş körpələrdə bu xəstəliyin simptomlarını müşahidə etmək çətin olur. Lakin üçüncü və ya dördüncü aydan sonra xəstəliyin aşkarlanması müalicənin effektini azaldır.
- Bəzən insanlar zobla mübarizə aparmaq üçün qəribə türkəçarə üsulları seçir. Məsələn, canlı qurbağanı qalxanabənzər vəzinin üzərinə qoyub bağlamaqla...
- Bu barədə eşitmişəm, bəli. Bilirsiz ola bilər, bəlkə də effekt tapan insanlar var. Amma bunun heç bir elmi izahı yoxdur. Ümumi götürsək, elmi izahı olmayan, amma inandığımız, getdiyimiz çox yerlər, çox insanlar var. Məsələn, mən dəfələrlə otolorinqoloqlardan (qulaq, burun, boğaz mütəxəssisi) soruşmuşam ki, elə bir yer varmı ki, orada çöp yığılsın? Cavab verə bilmirlər. İnsanlar çöpçülərə gedir və effekt aldığını deyirlər. Xəstələr də iddia edirlər ki, çöpçüdən evə gələndə uşaq özünü tam sağlam hiss edir. İndi də bu qurbağa... Belə deyək də, bunun elmi cəhətdən heç bir izahı yoxdur.
- Həkim, bəs bu problem insanlarda boy artımına təsir göstərə bilirmi?
- Təbii ki, burada söhbət termin olaraq boy patalogiyasından gedir. Bəzən valideynlər bizə müraciət edirlər ki, övladımız boy inkişafına görə həmyaşıdlarından geri qalırlar. Bu məsələyə olduqca ciddi yanaşmaq lazımdır. Ola bilər ki, bu problem birbaşa endokrinoloji problem olsun və sırf boy hormonu çatışmazlığından qaynaqlansın. Ya da insulinə bənzər boy faktoru ilə əlaqədar olsun. Eyni zamanda, bu bir sıra ciddi xəstəliklərin əlaməti olaraq da özünü büruzə verə bilər. Məsələn, böyrək, ürək, mədə-bağırsaq xəstəlikləri zamanı boy artımı zəifləyə bilər. Belə hallarda orqanizm buğda tərkibli məhsulları qəbul etmir. Bunun ilkin əlamətləri ondan ibarətdir ki, uşaqlarda çəki və boy artımı çox ləng gedir. Müayinə zamanı boy patalogiyasının digər xəstəliklərin əlaməti olduğu aşkarlandıqdan sonra biz xəstəni müfaviq şöbəyə və mütəxəssisə yönləndiririk.
- Bütün dünyada "pandemiya" kimi tanınan piylənmə xəstəliyindən əziyyət çəkən insanların da sayı artır.
- Bəli. Hazırda dünyada 1 milyarda yaxın insan artıq çəki ilə mübarizə aparır. Onlardan 200 minə yaxını isə azyaşlılardır. Biz bu uşaqları potensial olaraq diabet hesab edirik. Hər kəs yaxşı bilir ki, piylənmə insan orqanizmində beyindən tutmuş, ürək-damar xəstəliyi, qaraciyər və daha qorxulu xəstəliklərin yaranmasına səbəb ola bilər. Azyaşlı uşaqlar arasında bu xəstəliyin sürətlə inkişaf etməsinin əsas səbəblərindən biri isə məktəblərdir. Məktəblərdə bədən tərbiyəsi dərsləri normal keçilmir. Həddən artıq ev tapşırıqları verilir və uşaqlar idmana vaxt ayıra bilmirlər. Bunun nəticəsində isə oturaq həyat tərzi keçirirlər. Eləcə də düzgün qidalanmamaq (mənşəyi bəlli olmayan, dəfələrlə qaynadılmış və artıq zəhərli maddələrlə dolu yağlarda bişirilmiş peraşkilər, qutablar, dönərlər və s. ) uşaqlarda sürətli çəki artımına, piylənməyə təkan verən amillərdən biridir. Bütün bunlara aidiyyəti orqanlar tərəfindən ciddi nəzarət olunmalıdır. Bilirsiz, bütün xəstəliklərin mənşəyini aradan qaldırmaq lazımdır. Əks halda müalicələr heç bir effekt verməyəcək. İnsanlar özləri də sağlamlıqlarının qeydinə qalmalıdır. Mən sizə öz təcrübəmdən bir misal çəkim. Müraciət edən pasiyentlərimizdən birinin 1 yaşlı uşağının 30 kiloqrama yaxın çəkisi olub. 5 yaşlı uşağın 88 kiloqram çəkisinin olması dəhşətli faktdır. Biz onların çəkisinin azaltmağa çalışsaq da, bəzən buna nail ola bilmirik.
- Boy patologiyasından danışdıq. Bəs insanlarda normal boy artımı yaşa görə hansı aralıqda dəyişir?
- Ümumiyyətlə boy artımını müəyyən etmək üçün tibbdə xüsusi fomul var. Bu formulla tanış olmaq kifayətdir ki, onun əsasında hər kəs öz uşağının boy artımına nəzarət edə bilsin. Boy 4 aylıq uşaqlarda 62 sm, 6 aydan böyük uşaqlarda 67,5 sm, 10 aylıq uşaqlarda 72 sm, 6 yaşlı uşaqlarda 116 sm, 8 yaşdan böyük uşaqlarda 135 sm, 11 yaşlı uşaqlarda isə boy təxminən 145 sm-ə bərabər olmalıdır. Ümumiyyətlə, uşaqlarda boy artımının normal sürəti 3 mərhələli gedir - ilk 1 il ərzində, sonrakı 4-5 il aralığında və "pubertatnıy period" dövrü. Standart olaraq birinci mərhələnin ilk 6 ayı ərzində uşaqların boyunda 16-17 sm, sonrakı 6 ay ərzində isə 8 sm-ə qədər artım olmalıdır. İkinci mərhələdə təxminən 10-12 sm artım müşahidə edilir. Lakin üçüncü və orqanizmin yüksək inkişafa başladığı dövrdə boy inkişafı nisbətən zəifləyir və il ərzində 5-6 sm artım olur. Təbii ki bu faktor oğlanlara və qızlara görə dəyişir. Belə ki, inkişaf dövründə uşaqlarda boy sıçrayışı müşahidə edilir. Bu qızlarda 11-12 yaş arasında il ərzində 6-11 sm-ə qədər müşahidə edilirsə, oğlanlarda 13-14 yaş aralığında il ərzində 7-12 sm-ə qədər artım ola bilir. Əksər hallarda qızlarda 15 yaşından sonra intensiv boy artımı dayanır. Oğlanlarda isə tam əksinə 19-20 yaşa qədər intensiv olaraq boy artımı davam edir. Ümumilikdə isə insanlarda sümük inkişafı 25 yaşında dayandığı üçün, boy artımının da konkret olaraq bu yaşda bitdiyi deyilir. 35-40 yaşdan sonra isə insanlarda hər 10 il ərzində 12 mm boy artımı gedir. Bu zaman kəsikləri xaricində gedən boy artımı isə genetik faktorla izah oluna bilir.
- Bəs uşaqların boy artımına mane olan faktorlar hansılardı?
- Genetik faktorları hesablamasaq, uşaqlarda boy artımının qarşısını alan amillərdən biri qida rasionu və tez-tez xəstələnməkdi. Orqanizm lazımı minerallarla təmin olunmadıqda, kalsium çatışmazlığı sümüklərin inkişafını zəiflədir. İmmun sisteminin zəifləməsi və orqanizmdə maddələr mübadiləsinin pozulması da boy artımını gecikdirən səbəblərdən hesab oluna bilər. Bəzi ölkələrə xas olan tipik gikantizm və cırtdanboyluluq var. Bəzən uşaqlarda doğum zamanı tutulduğu hər hansı infeksion xəstəlik, eləcə də patologiya boy artımını zəiflədə bilir. Bundan başqa, emosional və sosial faktorlar, ailədə uşaqla qarşılıqlı münasibətlər və sair də boya təsir edə bilir.
- Azərbaycanda uşaqlar arasında ortalama boy göstəricilərinin qeyd edildiyi hər hansı statistika varmı?
- Təəssüf ki, xeyr. Ölkədə bu istiqamətdə heç bir araşdırma aparılmadığı üçün, hər hansı statistik rəqəmlər söyləmək mümkün deyil. 2010-2011-ci illərdə Bakı şəhərində yerləşən məktəblərdə həkim endokrinoloq və psixoloqlardan ibarət qruplar konsultasiyalar keçirirdi. Həmin ərəfələrdə qısa bir müşahidə nəticəsində qeydə alınan göstəricilərə görə, Azərbaycanda uşaqların 21,25%-i normal boy göstəricilərindən aşağı, 62,58%-i isə normal boya sahibdirlər. Nəzərə alınmalıdır ki, bu 12 yaşdan yuxarı uşaqlar arasında aparılan araşdırma nəticəsidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1269   Tarix: 27 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

"1 qaşığı şəfa mənbəyidir, bütün xəstəlikləri yox edir

Sağlam həyata addım atmaq istəyənlərə təkliflər təqdim edən Prof. Dr. Canan Karatay min illik şəfa mənbəyi adlandırılan yeməyin hər zaman nizamlı istehlak edilməsinin lazım olduğunu vurğulayıb. Hər kəsin evində olan və adətə

.

Dişlərinizi fırçalayanda bu əlamətlərə fikir verin - xərçəngdən xəbər verə bilər

Dişlərinizi fırçalamaq gündəlik prosedurdur, lakin bu prosesdə siz ciddi sağlamlıq problemini və hətta xərçəngə tutulma riskini göstərən qorxulu bir əlamət görə bilərsiniz. -a istinadən bildirir ki, dişlərinizi fırçalayarkə

.

Günəbaxan yağının faydaları

Günəbaxan yağı, tərkibində olan E vitamini, omeqa yağ turşuları və müxtəlif antioksidantlar sayəsində sağlamlıq üçün bir çox faydalar təklif edir. Bitki mənşəli olması və qidalara xüsusi dad əlavə etməsi ilə geniş istifad

.

Meymunçiçəyi baş alıb gedir: Azərbaycanda vəziyyət necədir?

Meymunçiçəyi virusu yeni ştamı ilə yenidən gündəmə gəlib. Xəzər TV-yə istinadən bildirir ki, sentyabrdan bu günə qədər 3 mindən çox insana yoluxan virusun yeni ştamı bu dəfə ABŞ-də qeydə alınıb. İnfeksionist Aytən Ziyadov

.

Bir çox insan turşu ilə bağlı bu səhvə yol verir: hansı duzu seçmək lazımdır?

Kələm turşusunun dadlı olub-olmaması ən azı istifadə olunan inqrediyentlərdən asılıdır. Düzgün duz seçmək xüsusilə vacibdir. Kələm turşusu üçün hansı duzdan istifadə etmək lazımdır?. xəbər verir ki, təcrübəli aşpazlar kələ

.

Saçları yuyarkən edilən SƏHV - nəticəsi ölüm ola bilər

Hindistanlı neyrocərrah Dr. Arun Naik saçları yuyarkən başın arxaya əyilməsinin damarları sıxaraq ölümə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. . -a istinadən xəbər verir ki, damarların uzun müddət əzilməsinin ölüml

.

Mənfi düşüncələrdən necə qurtulmaq olar: psixoloqlardan 3 texnika

Mənfi düşüncəni iyirmi birinci əsrin əsl bəlası adlandırmaq olar. psixoloqların mənfiliklərin öhdəsindən gəlməyə kömək edəcək 3 effektiv texnikasını təqdim edir:. Düşüncəni dayandırma texnikası. "Nirvana" sözünü

.

Nəyə görə xəstələr səhərə yaxın ölür?

Əksər xəstəxanalarda və eləcə də evdə xəstə ölümləri, infarktlar səhərə yaxın qeydə alınır. Saat 5-6 aralığı kritik saatdır. -a istinadən xəbər verir ki, tibb elmləri doktoru Yuriya Serebryanskaya bunun səbəbini orqanizmd

.

Hansı balıq orqanizm üçün daha faydalıdır? - Qızılbalıq, skumbriya, yoxsa

"Qidalanmanın sağlam olması üçün ət və balıq arasında seçim olmamalıdır. Tam rasion üçün hər ikisi vacibdir". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Yekaterina Kaşux danışıb. Onun sözlərin

turlar.az

sonxeber.az qadın geyimi yaz geyimleri 2024 geymler 2024 xercengden qoruyan qidalar adların mənası qonaq otaqi dizayni mantı reseptleri rus dilini öyrənək veten haqqinda atalar sozu terezi aysel öpüşme