Uşaqlarınızı cib telefonu və kompyuterdən uzaq tutun

Uşaqlarınızı cib telefonu və kompyuterdən uzaq tutunKompyuter və cib telefonları müasir günümüzdə azyaşlı və idtidai sinifdə oxuyan uşaqların da gündəlik həyatına çevrilib. Belə ki, məktəbdən gələn uşaqlar günlərinin çox hissəsini kompyuterin qarşısında keçirir. Azyaşlıların isə valideyinlərinin cib telefonları ilə saatlarla oynadığı hamıya məlumdur. Həyatımızda nə qədər istəsək də biz bunlardan kənarda qala bilmirik. Çünki texnologiya inkişaf etdikcə həyatımızın bir parçasına çevrilir. Mütəxəssislər kompyuter və cib telefonlarının azyaşlı uşaqların həyatında rolu olduğunu söyləyirlər. Texnoloji alətlərdə olan oyunların uşaqlarda bəzi patoloji xüsusiyyətlərə səbəb olduğu aşkarlanmışdır. Bunlara aiddir:
* sözə sonuna kimi qulaq asmamaq
* qarşısındakını eşitməmək
* qərar verə bilmək qabiliyyətinin pozulması
* beyin aktivliyinin pozulması
* içinə qapanma
* social fobiyalar
* əsəbilik
* davranış pozğunluqları.
Yuxarıda sadalanan əlamətlərin əksəriyyəti usagı texnoloji alətlərdən ayırmaq istədikdə baş verir. Əslində internetin məqsədi yaşından asılı olmayaraq bütün insanların inkişafına xidmət etməkdir. İnternet böyük bir araşdırma mərkəzidir. Onun vasitəsilə uzaq məsafədə yaşayanlar bir-biriləri ilə əlaqə saxlayır. Kompyuterin insanlara və insanlığa faydaları çox böyükdür. Amma internet oyunlarını kəşf edən bəzi işbazların məqsədi buna deyil, qazanc əldə etməyə çalışmaqdır. Bu məqsədlə də onlar müxtəlif yaş qrupunda olan insanları internetdə daha çox bağlı olması üçün müxtəlif cəlbedici oyunlar ixtira edir və ondan asılılıq yaradırlar.
Belə ki, müasir texnoloji alətlərin uşaqlarda asılılıq yaratması isə müasir uşaqların ətraf mühitdən aralı qalmasına, ətrafdakılarla göz təmasının kəsilməsinə, çoxluq olan yerlərdən xoşlanmamasına səbəb olur. Belə uşaqlar insanların içərisində olmaqdan sıxılır, tək qalmağa üstünlük verir və həddindən çox əsəbi olurlar.
Uzun müddət texlnoloji alətlə vaxtını keçirən uşaqlar özlərinə ətraf mühitdən dost tapmaqda çətinlik çəkir və tənhalığa üstünlük verirlər. Onların internetdən asılılığı artdıqca isə əsəbi və saldırğan olurlar. Onlarda göz yorğunluğu onurğada əyrilik baş verir. Məktəb yaşlı uşaqların internetdən asılı qalması isə onların dərsdən geriləməsinə səbəb olur. Onların fikri, kompyuterdə qaıdığı üçün dərslərini qısa yolla həll edib yenidən kompyuterə qayıtmaqda olur. Bir sözlə kompyuterdən uzaqlaşa bilməmək uşaqların dərsdən geri qalmasına səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1528   Tarix: 15 mart 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

geyim dəbləri sade makiyaj sekilleri həkim məsləhəti resept pirojnalar hicab geyimleri psixologiya kosmetika vetene aid bayati rus dilini oyrenek 2ci ders novruz hakistasi laylalar saglam qidalanma