ÜST-dən xərçənglə bağlı QORXULU PROQNOZ: 2050-ci ilə qədər

ÜST-dən xərçənglə bağlı QORXULU PROQNOZ: 2050-ci ilə qədərÜmumdünya Səhiyyə Təşkilatı ( ÜST ) dünyada xərçəng xəstəliyinin artacağı barədə xəbərdarlıq edib. Yeni xərçəng hadisələrinin sayının 2022-ci ildə ildə 20 milyondan 2050-ci ilə qədər 35 milyona yüksələcəyi gözlənilir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu məlumatları təşkilata daxil olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi dərc edib.
Xərçəngə yoluxma hallarının artmasının qeyri-bərabər olduğu və aztəminatlı qruplara qeyri-mütənasib təsir göstərdiyi qeyd edilir.
2022-ci ildə 20 milyon yeni xərçəng hadisəsi və 9,7 milyon ölüm qeydə alınıb. Bununla belə, diaqnozdan beş il sonra sağ qalan insanların sayı 53,5 milyon idi. Təxminən hər beş nəfərdən biri həyatı boyu xərçəngə tutulacaq, doqquz kişidən biri və on iki qadından biri bu xəstəlikdən dünyasını dəyişəcək.
Mütəxəssislər 2050-ci ilə qədər yeni xərçəng hadisələrinin sayının 2022-ci ilə nisbətən 77% artaraq 35 milyonu keçəcəyini proqnozlaşdırırlar. ÜST vurğulayıb ki, xərçəngə yoluxma hallarının artması yaşlanma və əhalinin artımı, eləcə də insanların risk faktorlarına məruz qalmasının dəyişməsi ilə bağlıdır. Tütün, alkoqol, piylənmə və havanın çirklənməsi insidentlərin artmasında əsas amillər kimi müəyyən edilir.
ÜST-ün məlumatına görə, yeni xərçəng hadisələrinin təxminən üçdə ikisi 10 xərçəng növündə baş verir. 2022-ci ildə ağciyər xərçəngi dünyada ən çox yayılmış xərçəng olub (2,5 milyon və ya bütün yeni halların 12,4%-i). İkinci yerdə qadınlarda döş xərçəngi (2,3 milyon hal, 11,6%), üçüncü yerdə kolorektal xərçəng (1,9 milyon, 9,6%) olub.
Həmçinin ən çox yayılmış xərçəng növlərindən bəziləri prostat xərçəngi (1,5 milyon, 7,3%), mədə xərçəngidir (970 min, 4,9%).
Eyni zamanda, ağciyər xərçəngi ən çox ölüm səbəbidir - 1,8 milyon ölüm (18,7%), ikinci yerdə 900 min (9,3%) kolorektal xərçəng gəlir. Həmçinin ölümə səbəb olanlar: qaraciyər xərçəngi (760 min, 7,8%), süd vəzi xərçəngi (670 min, 6,9%) və mədə xərçəngi (660 min, 6,8%).
Təşkilat 2022-ci ildə qadınlarda ən çox diaqnoz qoyulan xərçəngin və xərçəngdən ölümün əsas səbəbinin döş xərçəngi, kişilər üçün isə ağciyər xərçəngi olduğunu qeyd edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1117   Tarix: 02 fevral 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

toy gecesi sade makiyaj sekilleri geymler 2026 vetene aid bayatılar goy qursagi nece yaranir nagillar atalar sozleri ana haqqinda kosmetika kökəlmək üçün azerb clpaq qadinlari olumu novruza aid hakışta bayatılar