ÜST: Yay fəslinə arxayın olmayın, fiziki məsafə gözləyin

ÜST: Yay fəslinə arxayın olmayın, fiziki məsafə gözləyinÜmumdünya Səhiyyə Təşkilatında (ÜST) belə hesab edirlər ki, COVID-19-un yayılması mövsümi xarakter daşımır və havanın dəyişməsi ilə bağlı deyil. Virusun yayılmasını dayandırmaq üçün hamıya məlum olan sadə tədbirlər görülməlidir. Onların ən əsası - fiziki məsafəyə riayət etməkdir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ÜST-nin nümayəndəsi doktor Marqaret Harris deyib: "İlin fəslinin virusun yayılmasına təsir göstərdiyini iddia etməyə əsas yoxdur. Lakin bu məlumdur ki, virus insanların çox toplaşdığı, fiziki məsafəyə riayət edilməyən və yaxın kontaktın qarşısını alan tədbirlər görülməyən yerlərdə yayılır".
Bu günə qədər ÜST-yə daxil olmuş məlumata görə, qlobal miqyasda COVID-19-a yoluxma hallarının sayı 16.301.736, ölüm hallarının sayı 650.069-dur.
Pandemiyanın episentri yenə Şimali və Cənubi Amerikadadır. Yoluxma hallarının 8,7 milyonu orada qeydə alınıb. İkinci yeri Avropa (3,2 milyon), sonrakı yerləri Cənub-Şərqi Asiya (1,8 milyon), Şərqi Aralıq dənizi bölgəsi (1,5 milyon), Afrika (712.920) və Qərbi Sakit okean regionu tutur (291.993).
Marqaret Harris Cenevrədə keçirdiyi mətbuat konfransında belə bir fikri qəti inkar edib ki, guya COVID-19 mövsümi xarakter daşıyır və buna görə də dalğa şəklində gəlib keçəcək. "Yayın qızmar dövründə ABŞ-da çox böyük yoluxma dalğası müşahidə olunur, yoluxma hallarının sayı orada daha yüksəkdir", - deyən doktor Harris xatırladıb ki, ekvatorial ölkə olan Braziliya infeksiyanın yayılma sürətinə və miqyasına görə yalnız ABŞ-dan geri qalır.
Doktor Harrisin sözlərinə görə, artıq qış fəslinin başlandığı cənub yarımkürəsində çox "maraqlı" vəziyyət yaranıb: orada mövsümi qrip deyil, COVID yoluxması yüksək səviyyədədir. Mülayim iqlimli ölkələrdə qrip virusu "mövsümlərarası" vəziyyətə qayıdıb.
COVID-19 və qrip virusları eyni vaxtda yayılmağa başlasa necə vəziyyət yaranacağını söyləmək çətindir. Marqaret Harris deyib: "Respirator xəstəliklərdən birinin yüksək səviyyədə olduğu yerlərdə digər xəstəlik də yayılmağa başlasa, səhiyyə sisteminin yükü çox artacaq".
COVID-19 ilə bağlı test yoxlamalarının pullu, yoxsa pulsuz olması barədə sualın cavabında ÜST-nin mətbuat katibi bildirib ki, bu qərarı ölkələr özləri qəbul etməlidir. O deyib: "Testləşdirmə çox vacibdir. Buna görə biz əlimizdən gələni edirik ki, ölkələr diaqnostik tədbirlər görsünlər. Əgər test yoxlamaları aparılmasa, infeksiyanın haradan yayılmağa başladığını bilməyəcəyik. Biz bütün ölkələri geniş miqyasda testləşdirmə aparmağa və onu əlçatan etməyə çağırırıq".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1194   Tarix: 29 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

kosmetika mehsullari qis geyimləri 2026 geyim və ayaqqabılar dəri və saç dogusun baslanmasi xəstəliklər pehriz kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır gülməli hakıştalar hakista şirin qoğal hamilelik