Üz üçün toyqabağı sitrus maskaları
Toya çox az vaxt qalıb, dərinizin vəziyyəti isə yaxşı deyil? Bu məqalədə dərinizə toy günü üçün necə hazırlamalı olduğunuz barədə söhbət açılacaq.
İl boyu əlimizin altında olan sitrus meyvələrinə xüsusilə diqqət ayırmaq lazımdır. Məhz bu meyvələrin vasitəsi ilə ağardıcı və cavanlaşdırıcı effektə nail olmaq olar.
Limon suyu ilə hazırlanmış sitrus maskası.
Quru və ya normal dəriyə maliksinizsə, bu maskadan istifadə edə bilərsiniz. Maskanın hazırlanması üçün 1 limonun suyu və 100 qram bal tələb olunur. Limon suyunu balın içinə sıxın və qarışdırın. Maskanı üz, boyun və dekolte zonasına çəkib, 10 dəqiqədən sonra soyuq su ilə yuyun.
Toyqabağı maska: yulaf unu və portağal.
Yarım stəkan qaynamış suyu 1 xörək qaşığı portağal suyu ilə qarışdırın. Alınan məhlula yulaf unu qatın. Alınan qatı qarışığı üz dərisinə çəkib, 10 dəqiqə ərzində saxlayın. Soyuq su ilə yuyun.
Toyqabağı maska: ecazkar qreypfrut
Bu, ağardıcı maskadır və bütün dəri növləri üçün uyğundur. Dərin kasada 1 xörək qaşığı maya ilə 3 xörək qaşığı qreypfrut suyu qarışdırın. Alınan məhlulu üz, boyun və dekolte zonasına çəki, 20 dəqiqə ərzində saxlayın. Maskanı su ilə yuduqdan sonra, qalıqları pambıq ilə silin.
Qatıq ilə sitrus maskası.
Bu maska dərinin yağlılığı ilə mübarizə üçün əla vasitədir. Maskanın hazırlanması üçün 1 limon və 2 xörək qaşığı qatıq tələb olunacaq. Mandarinin qabığını və ağ damarcıqlarını təmizləyin. Mandarini əzin, əzilmiş mandarinə qatıq və bir neçə damcı limon suyu əlavə edin. Maskanı 20 dəqiqə saxlayıb, su ilə yuyun.
Körpem.net









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir
Qarpızı çox yeməyin fəsadları
Tünzalə Ağayeva - "Ürəyim tək sənin üçün döyünür hər dəfə..." - Foto
Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət
Rafet El Romandan etiraf: "Botoksun dozasını aşdım
Nadir Qafarzadədən nəvəsi ilə bağlı paylaşım - FOTO
Bu məşq yuxuya getməyinizə kömək edəcək
Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
Soyuducunuzda varsa, ölüm saçır
Ronaldo və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Qocalığı gecikdirən möcüzəvi çərəzlər