Üz və əllərdəki qəhvəyi ləkələrdən xilas edəcək - RESEPTLƏR

Üz və əllərdəki qəhvəyi ləkələrdən xilas edəcək - RESEPTLƏRƏldə olan piqment ləkələri 40 yaşdan sonra qadın və kişilərin çoxunda rast gəlinir. Davamlı olaraq qulluq və diqqət tələb edən əllər hər bir insanın, əsasən də qadınların vizit kartı hesab olunur. Məhz buna görə də bir çox qadınlar əllərində olan qüsurlardan və piqment ləkələrdən narahat olaraq ondan tez bir zamanda qurtulmağa çalışırlar. Piqment ləkələrdən qurtulmağın ən rahat və etibarlı yolu kosmetik salonlarda olsa da, ev şəraitində də onlardan yaxa qurtarmaq mümkündür.
Milli.Az medicina.az-a istinadən ev şəraitində əllərinizdə olan piqment ləkələrdən qurtulmağın yollarını təqdim edir:
Adətən əl dərisində olan bəzi ləkələr öz-özündən, həkim müdaxiləsi olmadan təmizlənir. Bunun səbəbi isə hamiləliyin və hormonal preparatlardan istifadənin başa çatmasıdır. Lakin dəridə olan piqment ləkələr öz-özündən çəkilib getmirsə, o zaman bir sıra kosmetik vasitələrdən istifadə etmək lazımdır. Bu vasitələrə ağardıcı kremlər və dərinin ölü hüceyrələrdən təmizləyən skrab aiddir.
Ev şəraitində bir sıra reseptlərin köməyilə əllərdə olan piqment ləkələrdən azad olmaq mümkündür. Bunun üçün epidermisə ağardıcı təsir göstərən xüsusi maskalardan istifadə edilir. Amma bu maskalar yeni əmələ gəlmiş ləkələrə daha yaxşı təsir göstərir:
1.Limon maskası - yarım limonun suyunu yumurta ağı ilə qarışdırın. Alınan kütləni ləkələrin üzərinə çəkin. Üstündən də sellofan plyonka ilə bağlayın. Yarım saat saxladıqdan sonra su ilə yuyaraq əlinizə krem çəkin.
2.Ağ gil maskası - ağ gili az miqdarda limon suyu ilə qarışdırın. Ləkələrin üzərinə çəkərək 15-25 dəqiqə saxlayın. Bu maskanı həftə ərzində 2-3 dəfə etsəniz tez bir zamanda müsbət nəticə alacaqsınız.
3.Şüyüd maskası - şüyüdü yuyub, xırda-xırda doğrayıb, 1 limonun şirəsi ilə qarışdırın. Alınan kütləni ləklərin üzərinə çəkin. 10-15 dəqiqə gözlədikdən sonra yuyun.
4.Kartof maskası - 1 ədəd kartofu sürtgəcdən keçirərək əlinizə çəkin. Polietilenlə bükün və 1 saat saxlayın. Daha sonra əllərinizi yuyun və kremləyin.
5.Maya maskası - 10 qr maya, 30 ml süd və 1 çimdik unu qarışdırın. Əmələ gələn qarışığı 10-15 dəqiqə saxlayın. Daha sonra ləkələrin üzərinə çəkərək bir neçə dəqiqə gözləyin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1198   Tarix: 30 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qadin sayti makiyaj instagram sac duzumleri xinayaxdi ucun bayatilar 2026 qadın ayaqqabı modelləri mantılar gözəl geyimlər kosmetika oyunlar paxlava qizlar zehmet ve zinet novruz bayramina aid hakista