Uzun gəzinti ürəyi qoruyur: alimlər qısa addımların risklərini açıqladı

Uzun gəzinti ürəyi qoruyur: alimlər qısa addımların risklərini açıqladıMadrid Avropa Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, gün ərzində bir neçə qısa gəzinti etməkdənsə, fasiləsiz və daha uzun müddətli gəzinti ürək sağlamlığı baxımından daha səmərəlidir.
Milli.Az-ın məlumatına görə, araşdırmanın nəticələri "Annals of Internal Medicine" elmi jurnalında dərc olunub.
Alimlər fiziki aktivlik göstəricilərini ölüm halları və ürək-damar xəstəlikləri ilə əlaqələndirərək geniş təhlil aparıblar. Tədqiqata gündə orta hesabla 8 min addımdan az yeriyən, eləcə də araşdırma başlanğıcında ürək-damar xəstəlikləri və ya xərçəng diaqnozu olmayan şəxslər cəlb olunub.
Təxminən 10 il davam edən müşahidələr zamanı 735 ölüm faktı və 3 119 ürək-damar hadisəsi, o cümlədən infarkt və insult qeydə alınıb. Nəticələr göstərib ki, fiziki aktivliyin forması böyük əhəmiyyət daşıyır. Ən yüksək risk əsasən çox qısa müddətli hərəkətlərlə kifayətlənən insanlarda müşahidə olunub. Xüsusilə 5 dəqiqədən az davam edən gəzintilər ölüm və ürək-damar ağırlaşmaları riskinin artması ilə əlaqələndirilib.
Ən aşağı risk göstəriciləri isə mütəmadi olaraq ən azı 15 dəqiqə fasiləsiz gəzən iştirakçılarda qeydə alınıb. Bu qrupda həm ölüm, həm də ürək-damar hadisələrinin sayı nəzərəçarpacaq dərəcədə az olub. Tədqiqat müəllifləri bildirirlər ki, bəzi hallarda çox qısa gəzintilər hələ aşkar olunmamış sağlamlıq problemlərinin nəticəsi də ola bilər.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1028   Tarix: 06 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

yay kolleksiyasi gelinlikler hamilelikde qidalanma dermanlar ana və uşaq buruq saclara qulluq haqista kosmetika kley lekesi qoğalın nağlı qogal baldiza aid efsaneler