Uzun müddətdir heç bir serialda rol almayan məşhur aktyorun yeni layihəsi AÇIQLANDI
Uzun müddətdir ekranlardan uzaq olan "Möcüzə Doktor" serialındakı məşhur gənc aktyor Taner Ölmezin yeni layihəsi bəlli olub.
azxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur aktyor Ampute Futbol Milli Komandasının ulduzu Barış Tellinin həyat hekayəsindən bəhs edən "Hüzurlu Yaşam" filmi ilə ekranlara qayıdacaq.
Aktyor gənc yaşlarında baş verən uğursuz qəza nəticəsində xəyallarını itirən, lakin bir an belə mübarizədən vaz keçməyən paralimpiyaçı Barış Tellini canlandıracaq.
Rejissoru Ekin Pandır, ssenari müəllifi Koray Yeltekin, "Four Story Production" tərəfindən çəkilən "Hüzurlu Yaşam" filminin ssenari məsləhətçisi Burak Göral olub.
Filmin çəkilişləri avqustun 28-də başlayacaq. Filmin bir hissəsinin reallıq qavrayışını gücləndirmək üçün Barış Tellinin məmləkəti Kırıkkaledə çəkilməsi planlaşdırılır.
Qeyd edək ki, bir ay yarım müddətə bitirilməsi planlaşdırılan filmin 2024-cü ilin fevralında tamaşaçılara nümayiş etdirilməsi gözlənilir.
Mikayıl









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin