Üzün solğun olması hər zaman qanazlığı demək deyil - Həkim
"Üzün solğun olması yalnız qanazlığı demək deyil".
Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov deyib.
Onun sözlərinə görə, qanazlığında solğunluq müşahidə oluna bilər ki, bu, qanda hemoqlobinin azalması ilə əlaqədardır. İzah edib ki, hemoqlobin azaldıqda dərinin çəhrayı tonu zəifləyir. Solğunluq daha çox üz dərisində hiss olunur. Diş ətlərində və göz qapaqlarının iç səthində solğunluq nəzərə çarpır.
Əlavə edib ki, üzün solğun olması yalnız qanazlığı demək deyil. Bəzi insanların dərisi təbii olaraq açıq rənglidir.
Həmçinin bildirib ki, yorğunluq üzün rənginə təsir göstərə bilər:
"Stress və həyəcan zamanı da solğunluq yaranır. Qan təzyiqinin enməsi də üz rəngini dəyişməsinə səbəbdir. Vegetativ sinir sistemi reaksiyaları solğunluq yarada bilər. Otağın işıqlandırılması belə insanın solğun görünməsinə təsir edir. Bu səbəbdən yalnız baxışla "qanazlığı diaqnozu" qoymaq doğru deyil. Qanazlığı yalnız laborator qan analizi ilə təsdiqlənməlidir".
Mina Mikayılova
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
"Hər həftə bir ev alırdım
Məşhur aktyor 22 kilo arıqladı
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?