Uzun sürən öskürəkdən necə qurtulmaq olar?
Həkimin təyin etdiyi müalicəyə riayət etmək, həmçinin bol ilıq içkilər içməklə bəlğəm ifrazını stimullaşdırmaq vacibdir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin Ftiziopulmonologiya və İnfeksion Xəstəliklər üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin pulmonoloqu Yevgeni Popov uzun sürən öskürəkdən qurtulmağın yollarından danışarkən bildirib.
Bundan əlavə, ekspert xüsusilə xüsusilə qızdırıcılardan istifadə edilən dövrdə otaqda havanı nəmləndirməyi məsləhət görüb. Popov həmçinin xəbərdarlıq edib ki, quru hava insan sağlam olsa belə, tənəffüs yollarının selikli qişalarını qurudur.
Bundan başqa, mütəxəssis xəstəliyin müalicəsində öskürək reseptorlarını bloklayan mərkəzi və ya periferik sistemlərə təsir göstərən dərmanların istifadə edildiyini də qeyd etdi. Popov həmçinin vurğuladı ki, yaş öskürək üçün bəlğəmi maye halına gətirən dərmanlar qəbul etmək lazımdır.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi