Uzun zaman üzdə qalan maska hansı problemlərəə səbəb olur?

Uzun zaman üzdə qalan maska hansı problemlərəə səbəb olur?Artıq bir ilə yaxındır ki, gündəlik həyatımızın vacib aksessuarına çevrilən tibbi maskadan uzun müddət istifadə etdikdə dəri ilə bağlı problemlər yarana bilir. Tibbi maskalar bizi infeksiyadan qoruyur. Lakin uzun müddət üzdə qalan maska eritema (qızartı), qaşınma, quruluq, ağız, çənə və yanaqlar ətrafında, yəni maskanın geometrik formasında səpgilər yarada bilər. Buna "maskne" deyilir.
Bunu təcili yardım həkimi, Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin rəisi Rəna Qasımova bildirib.
Onun sözlərinə görə, üzün dərisi həm maskaların hazırlandığı materiallara, həm də mexaniki qıcıqlanmalara, sürtünmələrə müxtəlif reaksiyalar verir:
"Açığını desək, maska üzün dərisində görünən izlər buraxmaqla yanaşı, həmçinin, süni parnik effekti yaradır. Karbon dioksid, nəmlik, nəfəslə verilən havanın istiliyi, ağızda və respirator sistemdə olan mikroorqanizmlər və patogen mikroflora üçün əlverişli mühit olmaqla, aknenin (sızanaqların) kəskinləşməsinə səbəb olur. Bəs bu problemi aradan qaldırmaq üçün hansı üsullar mövcuddur? Bu barədə məsləhətim budur ki, əgər siz maskadan gün ərzində istifadə edirsinizsə, onu tez-tez, ən azı 2 saatdan bir dəyişin.
İş yerindən çıxdıqda maskanı çıxarın və üzünüzü quru salfetlə silin. Hazırda qış mövsümü olduğu üçün havanın temperaturu tez-tez dəyişir və bu, dəri üçün əlverişli deyil. Dekorativ kosmetikadan kifayət qədər az istifadə etməyə çalışın. Bu əsasən qadınlara aiddir. Əgər tonal kremlərdən istifadə edirsinizsə, onu daha yüngül BB kremləri ilə əvəz edə bilərsiniz. Evə gəldikdə maskanı zibil qabına atdıqdan sonra üzünüzü yuyun və dərinizi yumşaq vasitələrlə təmizləyin. Bu vasitələrə tonik və nəmləndirici kremlər aiddir. Qatı yağlı vasitələri hələlik kənara qoyun.
Dərinizdə hər hansı qıcıqlanma əmələ gələrsə, məlhəmlər, akneya qarşı məlhəmlər, bepantendən istifadə edə bilərsiniz. Dəriniz səpkilərə meyllidirsə, bundan özünüzü qorumaq üçün maskanı taxmazdan əvvəl antiseptik vasitə, məsələn, metrogil gelin nazik qatını çəkə bilərsiniz. Dəridə quruluq yaranan zaman isə üzünüzə qulluq vasitələrindən - turş zərdablardan, skrablardan, pilinq proseslərindən bir müddət imtina edin. Bununla pandemiya dövründə üzünüzün bir sıra problemlərini aradan qaldırmış olarsınız".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2003   Tarix: 07 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

turlar.az

hamilelikde qidalanma toy makiyaji sekilleri kosmetika mehsullari boşanmalar yemişan faydaları qadin.net seksual kosmetika novruz hakıştası dieta novruza aid hakista rəksanə qurd ve quzu