Uzunömürlülük sirri: ömrünüzü ən azı yeddi il uzadacaq 4 FƏND

Uzunömürlülük sirri: ömrünüzü ən azı yeddi il uzadacaq 4 FƏNDOptimizm, yaşından, cinsindən, sosial-iqtisadi vəziyyətindən və sağlamlıq vəziyyətindən asılı olmayaraq insan ömrünü orta hesabla 7,5 il uzadır.
Milli.Az xəbər verir ki, Yale Universitetinin alimləri geniş bir araşdırma zamanı bu nəticəyə gəlib. Daha uzun və xoşbəxt həyat sürmək istəyirsinizsə, hər gün aşağıdakı davranışları etməyi məsləhət görürük.
1. Sosiallaşma
Həftədə ən azı bir dəfə işdən kənar dostları ilə görüşən insanlar daha uzun yaşayır, özlərini yaxşı vəziyyətdə saxlayır. Onların infarkt keçirmək riski daha azdır. Məlum olub ki, dostunuzla hətta sadə bir telefon danışığı qan təzyiqini və stress hormonun kortizol səviyyəsini normallaşdırır.
Alimlər sübut edib ki, uzunmüddətli dostluq əlaqələri idman etmək və ya siqareti tərgitmək qədər fiziki sağlamlığa müsbət təsir göstərir. Odur ki, dostlarınızla süfrə arxasında görüşməyə dəyər.
2. Şükranlıq və minnətdarlıq
Xoşbəxt anları qeyd etməklə əhvalınızı yaxşılaşdırırsınız. Minnətdar olduğunuz hər şeyi, hətta ən xırda hadisələri də xatırlayın. Beləliklə, daha nikbin və xoşbəxt olacaqsınız.
Tədqiqatlar göstərib ki, minnətdarlıq etməyi bacaran insan fiziki cəhətdən özünü daha möhkəm hiss edir. Həm də qəzəbə qarşı immunitetə malikdirlər.
Ancaq mütəxəssislər minnətdarlığın həddini aşmamağın vacib olduğunu da vurğulayıb. Dəftərinizə həftədə bir dəfə "Təşəkkür edirəm" qeydini yazmaq daha yaxşıdır.
3. Xeyirxah əməllər
Gündə beş xeyirxah əməl sizi daha da xoşbəxt edəcək sehrli nömrədir. Hətta ən sadə şeylər də ola bilər: avtobusda yaşlı bir şəxsə və ya hamiləyə yer verin, iş yoldaşınız üçün bir fincan qəhvə dəmləyin, imkansız şəxsə pul verin. Bu əməllərlə həm öz gününüzü, həm də başqasının gününü uğurlu edəcəksiniz. Yardımlarınız üçün özünüzə təşəkkür edin, onda özünüzü yaxşı hiss edəcəksiniz.
4. Gözəl anları təkrarlayın
Keçmişdə yaşanan xoşbəxt anları kağıza yazaraq, ömrünüzü uzada bilərsiniz. Məişət qayğılarının arasında bütün uğurları xatırlamaq dərhal özünə inamı artıracaq.
Qeyd etmək lazımdır ki, bəzən əvvəllər baş vermiş pisliyi xatırlamaq da eyni dərəcədə vacibdir. Bir neçə ildən sonra romantik münasibətlərin bitməsinin və ya işdəki uğursuzluğun səbəblərini daha aydın görə biləcəksiniz. Nəticədə bu "məğlubiyyətlər"in əslində yeni qapılar açdığını və yeni imkanlar təqdim etdiyini başa düşəcəksiniz.
Keçmişlə barışa bilsəniz, gələcəkdə çətinliklərin öhdəsindən gəlmək daha asan olacaq. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1424   Tarix: 27 yanvar 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

toy gecesi sade makiyaj sekilleri hamiləlik qadınlarda erroziya maraqlı ləkə üçün maskalar moruğun faydasi kosmetika badambura qadin saglamlig novruz hakisdalari efsane vusale elizade