VACİB! Fəsillərə görə xəstəliklər və xarakterlər... - Kimlər tez-tez xəstələnir, kimlər daha uzunömürlü olur?

VACİB! Fəsillərə görə xəstəliklər və xarakterlər... - Kimlər tez-tez xəstələnir, kimlər daha uzunömürlü olur?Alimlər tərəfindən aparılan müxtəlif araşdırmalar zamanı insanlar fərqli cəhətdən tədqiq edilir. Bu araşdırmalar onların sağlamlığı, ruh halı, xasiyyət və xarakteri haqqında maraqlı informasiyalar əldə edilməsinə gətirib çıxarır. Belə tədqiqatlardan biri də, insanın doğulduğu fəsilə görə xarakterinin öyrənilməsi  üçün aparılıb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bir qrup amerikalı alim mindən çox insan üzərində çalışaraq onların doğulduğu ay, il, sağlamlıq və digər informasiyalarına görə  tədqiq edib. Nəticədə bütün bunlar arasında bir bağlılıq olduğu aşkarlanıb. Belə ki, onların fikrinə görə, insanların doğulduğu fəsil onların xarakterinə və sağlamlığına təsir edir. Bu təsirin də əsas səbəbi hamiləlik dövründə qadınların müxtəlif ekoloji, bioloji, virus, infeksiya və s. faktorlara məruz qalması ilə əlaqələndirilir.
Bəs hansı fəsildə doğulmağınız sizin xarakter və sağlamlığınıza necə təsir edir? 
Qışda doğulanlar
Bu fəsildə doğulan insanlar inadkar olur. Onlar karyera və biznes qurmaqda böyük uğurlar əldə edirlər. Həmçinin bu insanlarda ürək-damar və tənəffüs sistemi xəstəliklərinə daha tez-tez təsadüf edilir. Həmçinin, qışda doğulan insanlarda ağır depressiyalar və psixiki xəstəliklərin riski də digər fəsillərdə doğulan insanlarla müqayisədə daha yüksəkdir.
Yazda doğulanlar
Bu insanlar adətən pozitiv və yaradıcı ruha malik olurlar. Digər fəsillərdə doğulanlara nisbətən bu tip insanlar daha hündür boy olurlar. Yazda doğulan insanlarda autoimmun, limfa sistemi, allergik xəstəliklərin riski daha yüksək olur.
Yayda doğulanlar
Bu fəsildə doğulan insanlar özlərini daha xoşbəxt hiss edir. Onların fikirləri daima optimist olur, öyrənməyə və səyahətə meyilli olurlar. Daha gec depressiv hala qapılırıar. Lakin bu insanlarda görmə ilə bağlı problemlərə daha çox rastlanır. 
Payızda doğulanlar
Payız aylarında doğulan insanların çoxu  səbirsiz,  əsəbi olurlar. Aqressiv hallarına görə tez-tez münaqişələr yaşayırlar. Lakin bu fəslin insanları daha uzunömürlü olurlar. Onlarda daha çox astma və allergik xarakterli xəstəliklərə rast gəlinir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1526   Tarix: 23 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geyim və ayaqqabılar donlar 2026 kosmetika mehsullari mexmerek buxaq serebral iflic usaqlar pehriz salatlar kosmetika sevgi heyati video vətən haqqında bayatılar englishdilində qulaq