"Vaksin vurulduqdan sonra profilaktika tədbirlərinə riayət olunmalıdır" - Həkim

"Vaksin vurulduqdan sonra profilaktika tədbirlərinə riayət olunmalıdır" - Həkim"Koronavirusa qarşı peyvənddən sonra bir çox insanlarda suallar yaranır. Məsələn, "Vaksinasiyadan sonra karantin qaydalarına yenə də ciddi surətdə riayət etmək lazımdırmı?", "Peyvənd olunmamış insanlarla ünsiyyətdə olmaq təhlükəlidirmi?", "Vaksinasiyadan sonra insan bu virusa yoluxa bilərmi?" və s. Vaksin infeksiyadan 100% qorumasa da, hələlik bütün dünya həkimləri koronavirusa qarşı ən effektiv üsul kimi vaksinasiyanı seçib".
Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Bəylər İmanov "Həkim məsləhəti" rubrikasında "Peyvənd almış insanlar özlərini necə qorumalı, hansı qaydalara riayət etməlidir?" sualını cavablandırarkən deyib.
O bildirir ki, peyvənd olunan insanlar da virusa yoluxa bilər: "Lakin bu şəxslər xəstəliyi ağırlaşmalar olmadan, fəsadsız keçirirlər. Məsələn, peyvənd almış insan bir ay ərzində COVID xəstəsi ilə ünsiyyətdə olarsa, yoluxa bilər, ancaq bu zaman o, xəstəliyi daha yüngül keçirəcək. Belə hallarda ölüm halı istisnadır. Koronavirus infeksiyasına qarşı vaksin vurulduqdan sonra mütləq profilaktika tədbirlərinə riayət olunmalıdır. COVID-19-a yoluxmamaq üçün kütləvi tədbirlərdən uzaq olmaq, gigiyenik qaydalara ciddi riayət etmək, maska və əllərin tez-tez yuyulması rejimini gündəlik həyat tərzi kimi qəbul etmək, sosial məsafə saxlamaq lazımdır".
"Peyvənd olunduqdan sonra 3 gün ərzində hamam və saunalardan imtina etmək lazımdır. Həmçinin, fiziki yüklərdən azad olmaq məsləhətdir. Alkoqollu içkilərdən uzaq olmaq mütləqdir. Peyvənddən sonra bir qədər istirahət etmək lazımdır", - deyə həkim əlavə edib.
Mütəxəssis bildirir ki, vaksinasiyadan sonra qida rasionuna diqqət etmək zəruridir: "Çalışın orqanizmdə D vitamini səviyyəsinin kifayət qədər olduğunu diqqətdə saxlayasınız. Zülal tərkibli məhsullar qəbul edin. Bu, daha çox ət, balıq və yumurtada olur. Fikir verin ki, qida rasionunuzda bu qidalar və digər vitaminlərlə zəngin məhsullar olsun. Həmçinin, çalışın soyuqlamayın, çox istidə də olmayın, stressdən uzaq durun və allergiyanız olan məhsulları qəbul etməyin. Hamiləliyin planlaşdırılmasını peyvənd olunduqdan 2-3 ay sonraya saxlamaq məsləhətdir və vaksinasiyadan qabaq hamiləlik planlaşdıran qadınlara bu barədə məlumat verilir".
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1738   Tarix: 17 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

geyim və ayaqqabılar geyim seçimi adlarin menasi seksual fotolar usaq otagi dizaynlari genc aile tanınmış qadınlar kosmetika gülməli hakıştalar novruz hakıştası ekizler dolca atalar sozleri