Valideynlərin diqqətinə! Uşaqlarda D vitamininin çatışmazlığı bu pozulmalara yol açır

Valideynlərin diqqətinə! Uşaqlarda D vitamininin çatışmazlığı bu pozulmalara yol açırKalsium-fosfor mübadiləsində mühüm rol oynayan və sümüklərin möhkəmliyi üçün çox vacib olan D vitamini çatışmazlığı uşaqlarda raxit xəstəliyinə səbəb olur.

Vitamin D çatışmazlığı aşağıdakı səbəblərdən yarana bilər:

- Qidada D vitamininin çatışmazlığı.

Ana südü uşaq üçün əvəzedilməz qida olmasına baxmayaraq, onun tərkibində D vitamini gündəlik normadan azdır. Buna görə də ana südü ilə qidalanan uşaqlar mütləq profilaktik olaraq D vitamini almalıdır. İnək südündə vit D daha azdır. Buna görə süni qidaya keçirilən uşaq uyğunlaşdırılmış süni qida almalıdır , bu qidaların tərkibində D vitamininin miqdarı gündəlik normaya uyğundur.

- Ana və uşağın açıq havada, günəş şüaları altında az olması.

- Malabsorbsiya (bağırsaqlardan yağ mənimsənilməsi pozulan uşaqlar, tez-tez ishalı olan uşaqlar).

- Vaxtından əvvəl doğulanlar.

- Qıcolma əleyhinə preparatların qəbulu.

- D vitamininin aktiv metabolitlərə çevrilməsinin pozulması (xroniki qaraciyər və böyrək xəstəlikləri) və s.

D vitamini çatışmazlığı ilə bağlı raxitə ən çox 3 ay - 2 yaş arasında rast gəlinir. Vaxtından əvvəl doğulanlarda daha erkən də başlaya bilər. Vitamin D günəş şüalarının təsirilə dəridə əmələ gəlir, qaraciyər və böyrəkdə dəyişikliyə uğrayıb aktiv formaya çevrilərək bir çox funksiyaları yerinə yetirir.

Vitamin D çatışmadıqda aşağıdakı hallar baş verir:

- Kalsium, fosforun və maqnezium bağırsaqdan sorulması pozulur.

- Kalsium və fosforun sümük toxumasında çökməsi pozulur, nəticədə müxtəlif sümük deformasiyalarına (aşağı ətraflarda, diz və baldır oynağında əyilmələrə, onurğa sütununda kifoz, skolioza və s.) səbəb olur.

- D vitamini çatışmazlığı 1-3 aylıq uşaqlarda oyanıqlığın artması ilə özünü göstərir: uşaq ağlayır, narahat olur, hər səsdən diksinir, pis yatır, çox tərləyir; başını balışa sürtməkdən ənsə nahiyəsində tükü tökülür; daha sonra ləngimə prosesi üstünlük təşkil edir. Eyni zamanda, belə uşaqlarda əzələ zəifliyi üstünlük təşkil edir. Bundan başqa, D vitamini immunmodulyator təsir göstərir. Ona görə də raxit vaxtında profilaktika və müalicə olunmazsa nəinki sümük əyriliklərinə, həm də daxili orqanların xəstəliyinə, anemiyaya, tez-tez xəstələnməyə səbəb olur.

Bütün bunların qarşısını almaq üçün vaxtında raxitin profilaktikası və müalicəsi aparılmalıdır:

Profilaktika doğuşa qədər və doğuşdan sonra aparılır, qeyri-spesifik və spesifik olur. Doğuşa qədər qeyri-spesifik profilaktika hamilə qadınlarda aparılmalıdır. Hamilə qadın gündüzlər təmiz havada olmalı, tam dəyərli, keyfiyyətli, zülali maddələr, vitaminlər, kalsium, fosfor və başqa mikroelementlərlə zəngin qida ilə qidalanmalı, toksikozu və hər hansı bir xəstəliyi olduqda müalicə olunmalıdır. Lazım olduqda spesifik müalicə də almalıdır.

Doğulduqdan sonra uşağa düzgün qulluq və rejim, o cümlədən, gündüzlər açıq havada çox olmaq, günəş vannaları qəbul etmək, vaxtında korreksiya olunan təbii qidalanma və raxitin spesifik profilaktikası (yəni D vitamininin təyini) aparılmalıdır.

Onu da qeyd edim ki, bu gün üşaqlardan danışdıq. Amma böyüklər və yaşlılarda da D vitamininin catışmazlığı müxtəlif problemlərin yaranmasına gətirib çıxarır.

Ona görə hər bir kəs qanda D vitamininin səviyyəsini yoxlatmalı və müvafiq müalicə almalıdır. Yadda saxlamalıyıq ki, ən yaxşı müalicə profilaktikadır!

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub

Sağlamlıq     Baxılıb: 1762   Tarix: 12 oktyabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

turlar.az

hamiləlik toy makiyajlari gelinlikler dil haqqında aforizmlər yumurta ile uz maskalari toyuqlar haqqinda dirnaqlara qulluq maskalari kosmetika baldıza aid hakışta veten seirleri arıqla oxu az qiz evi haxista