Valideynlərin stressdən qurtulmasına neçə uşaq kömək edir? - İdeal say tapıldı

Valideynlərin stressdən qurtulmasına neçə uşaq kömək edir? - İdeal say tapıldıUzun müddətdir ki, bir və ya maksimum iki uşağa sahib olmaq daha sakit, idarəolunan və uğurlu valideynlik yolu kimi qəbul olunurdu. Lakin elmi araşdırmalar göstərir ki, əslində ən az stresslə yaşayan və ən xoşbəxt ailələr dörd uşaqlı ailələrdir. 
Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Yourtango" saytı yazır.
ABŞ-da "TODAY" nəşrinin 7 min ana arasında keçirdiyi sorğuya əsasən, üç uşağı olan analar dörd uşaqlı analarla müqayisədə daha çox stress yaşayır. Psixiatr və dörd uşaq anası olan Cannet Teylor bu fenomeni belə izah edib: dördüncü uşaq dünyaya gəldikdən sonra anaların artıq daha çox narahat olmağa nə gücü, nə də enerjisi qalır.
Sorğunun nəticələri göstərib ki, çoxuşaqlı analar tərbiyə ilə bağlı olan gözləntiləri azaldır, başqalarının fikirlərinə önəm verməyi dayandırır və məhz bu amillər stressin əsas mənbəyidir. Başqa sözlə, onlar artıq mükəmməl valideyn olmaq tələbindən imtina edərək, özlərinə rahatlıq verir.
Ohayo Ştat Universitetinin psixologiya kafedrasının nümayəndəsi Sara Şoppe-Sallivan bildirib ki, cəmiyyət anaları "intensiv analıq" modelinə məcbur edir: "Bu, analığın çox vaxt və emosional enerji tələb etməsi, hər addımın ekspert məsləhətləri ilə yönləndirilməsi deməkdir".
Lakin bu yanaşma əks təsir yaradır. Mükəmməlliyə can atan valideynlər daim stres halında olur, sonra isə onları günahkarlıq hissi bürüyür. Bu vəziyyət maliyyə problemləri və iş-ailə balansının pozulması ilə daha da ağırlaşır və nəticədə valideyn yanması ("burnout") ilə sonlana bilər.
Məqalənin müəlliflərinə görə, stressdən qurtulmağın "resepti" - daha çox uşaqdır. İlk baxışdan bu qeyri-məntiqli görünsə də, səbəb aydındır: valideynlər artıq hər bir uşaqla ayrıca və ciddi şəkildə məşğul ola bilmirlər. Dörd uşaq böyüdən valideynlər daha çox ailə ilə vaxt keçirir, daha sakit, özünə güvənli olur və ümumilikdə daha xoşbəxt bir həyat sürürlər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1280   Tarix: 24 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

turlar.az

kosmetoloq həkim məsləhəti adlarin menasi qızartma süfrə mədəniyyəti fitrə kimlərə verilir mirzə ələkbər sabir satiraları kosmetika baliq burcu xerceng vətən haqqında bayatılar qurd ve quzu rus dilini öyrənək