Vaqif Mustafayevdən sonra "Space"də bu teleserialın yayımı dayandırıldı

Vaqif Mustafayevdən sonra "Space"də bu teleserialın yayımı dayandırıldı"Space" televiziyasının efirində nümayiş olunan və yayımı qalmaqallara səbəb olan "Amaci" ("Bu zalım dünyada doğulma") serialının yayımı dayandırılıb.
Open.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, serialın yayımının dayandırılması ilə bağlı qərar Vaqif Mustafayevin telekanalın rəhbəri postundan getməsindən sonra verilib.
Məlumata görə, serialın yayımı hələ Vətən müharibəsi dövründə cəmiyyətdə çoxsaylı tənqidlər səbəb olmuşdu. Onun efirdən yığışdırılmasında bu amilin xüsusi rolu olub.
Qeyd edək ki, Hindistan istehsalı olan məşhur serial 2009-cu ildə lentə alınıb. Serialın 2012-ci ildən Azərbaycan teleməkanında nümayişinə başlanılsa da, bir müddət yarımçıq qalıb. Daha sonra ölkədə əcnəbi serialların yayımına qadağa qoyulub.
2020-ci ilin avqust ayında Milli Televiziya və Radio Şurasının qərarına əsasən, ölkədə fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımı bərpa olunub. Beləliklə, "Amaci" yenidən efirə qayıtsa da, o, bu dəfə də sonacan nümayiş oluna bilməyib.
Xatırladaq ki, bir neçə gün öncə Vaqif Mustafayev "Space" televiziya kanalının rəhbəri vəzifəsindən çıxarılıb. O, 2006 - 2021-ci illərdə bu vəzifəni icra edib.

Şou Biznes     Baxılıb: 1743   Tarix: 09 fevral 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlyas Yalçıntaş sərbəst buraxıldı

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində iyul ayında həbs edilən müğənni İlyas Yalçıntaş ilk məhkəmə iclasında azadlığa buraxılıb. -a istinadən xəbər verir ki, Ağır Cinayətlər Məhkəməsində keçirilə

.

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

.

Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Müğənnin oğlu Nadir Rzayev atasının vəsiyyətini Axşam.az-a açıqlayıb. O bildirib ki, atası yas mərasiminin çəkilməsini istəməyib:. "Atamın vəsiyyət

.

Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu

Türkiyənin İstanbul şəhərində naməlum şəxslər məşhur "Teşkilat" serialının çəkiliş meydançasına daxil olmağa cəhd edərək əməkdaşlardan pul və avtomobil tələb ediblər. Tələbləri rədd edildikdən sonra isə çəkili

.

Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm

Türkiyəli məşhur müğənni Serdar Ortaçın ölkənin ən yaxşı kişi pop ifaçıları ilə bağlı açıqlaması gündəm olub. Müğənni ən yaxşı pop ifaçıları siyahısında Tarkandan sonra ikinci yerdə olduğunu eşidəndə bununla razılaşmayıb

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

.

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə

.

Zaur Rzayev harada dəfn olunacaq?

"Xalq artisti Zaur Rzayevlə vida mərasiminin harada keçirilməsi ailəsinin verəcəyi qərara bağlıdır. Bu barədə -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Zaur Rzayevin ailəsi ilə əlaqə saxlamaq isə mümkün olmayıb. Xanəndəni

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

turlar.az

yay geyimləri 2026 qaşların formalari kosmetik vasiteler qerkules maskasi hamilə geyimləri xallarin menasi sevinc tofiqqızı kosmetika bayatılarımızda vətən həsrəti vətən dovsan suni mayalanma rəksanə