Varikosele - Kişilər üçün

Varikosele - Kişilər üçünVarikosele – toxum ciyəsi venalarının genişlənməsi olub, kişi cinsiyyət sistemi üzvlərinin ən çox yayılmış xəstəliklərindən biridir. Kişi orqanizminin anatomik xüsusiyyətlərinə görə varikosele xəstəliyi 90% hallarda sol tərəfdə inkişaf edir.

Varikosele əsasən ona görə təhlükəli hesab edilir ki, bu patoloji hal zamanı xayalarda (yumurtalar) qan dövranı pozğunluğu baş verdiyi üçün, xayalıqda temperaturun bir qədər yüksəlməsi və qan durğunluğu baş verir. Bu isə son nəticədə spermatoğenezin (spermatozoidlərin yetişməsi prosesi) pozulmasına və sonsuzluğun (dölyaratma qabiliyyətinin olmaması) inkişaf etməsinə səbəb olur. Varikosele – kişi sonsuzluğunun ən çox yayılmış səbəblərindən biridir!

Varikoselenin inkişaf etməsinin əsas səbəbləri:

- irsi meylliyin olması;

- ağır atletika, kulturizm və digər idman növləri ilə məşğul olarkən ağır fiziki gərginliklərə məruz qalmaq;

- bədənin uzun müddət isti olması;

- xayanın (yumurta) şişi və s. bu kimi faktorlar.

Əksər hallarda, kişi sonsuzluğu formalaşana qədər varikosele özünü heç bir əlamətlə büruzə vermir. Bu zaman kişilər öz bədənlərində hər hansı bir patoloji halın olmasından heç şübhələnmirlər də. Digər hallarda xəstənin özü təsadüfən xayalıqda "qurdlar toplusu kələfinə" bənzər genişlənmiş venoz damarları əlləyir.

Bəzi hallarda isə varikosele həkim uroloq-androloq tərəfindən müayinə zamanı aşkar edilir və xaya damarlarının doplerli USM ilə təsdiq edilir. Bu zaman həkimin qarşısında olan əsas məqsəd xəstəliyin inkişaf etmə səbəbini müəyyən etməkdir. Çünki bəzi hallarda varikosele xayanın şişi nəticəsində inkişaf etmiş olur.

Varikoselenin müalicəsi – yalnız cərrahi yolladır. Hal-hazırda bu əməliyyatı daha qoruyucu üsullarla (laparoskop və mikrocərrahi) aparırlar. Belə əməliyyatlardan sonra əməliyyat sahəsində praktiki olaraq heç bir çapıq izi qalmır.

Hər hansı bir kişidə varikosele xəstəliyi aşkar olunmuşsa, heç də vahiməyə düşüb hay-küy salmaq lazım deyil. Hal-hazırda əksər həkimlər belə hesab edirlər ki, varikosele xəstəliyini yalnız o, sonsuzluğun əsas səbəbi olduqda, xayanın ölçüsi kiçilməyə başladıqda və ya spermoqrammada pozğunluqlar baş verdiyi hallarda müalicə etmək lazımdır. Əks halda, varikoselenin heç bir müalicəsi aparılmır. Bu halda belə xəstələr ildə 1 dəfə olmaqla, həkim uroloq-androloqun baxışından, spermoqrammanın müayinəsi və USM-dən keçməlidirlər.

Sağlamlıq     Baxılıb: 2399   Tarix: 08 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

turlar.az

geyim və ayaqqabılar gözəllik məhsulları qadın geyimi gavalı salatı hakista hamiləlik və analıq şef master kosmetika bahar sac duzumleri damla novruza aid hakistalar bir arzum var