Varlanmaq üçün iki şey lazımdır - Evdə fit çalmayın

Varlanmaq üçün iki şey lazımdır - Evdə fit çalmayınPulunuzun azlığından heç vaxt şikayət etməyin.

Əgər ehtiyaclarınızı ödəyəcək qədər pul qazanırsınızsa, deməli rahat ömür yaşayacaqsınız.

Əgər dünyanın ən varlı adamı olmaq istəyirsinizsə, bu sizə heç də yaxşı şeylər vəd etməyəcək.

Çünki statistik göstəricilərə görə, dünyanın ən varlı insanlarının ömrü orta hesabla 60 ildən yuxarı olmayıb. Bəs dünyanı çalxalayan, bəzi insanları hədəqədən çıxardıb iddialı edən pul haqqında nə bilirik?
Pul haqqında maraqlı faktları təqdim edirik.
Kağızdan düzəldilmiş pul əskinası ilk dəfə Çində meydana gəlib.
Dünyanın ən qədim bankı olan "Banca Montedei Paschidi Siena" 1472-ci ildən İtaliyada fəaliyyət göstərir.
Hazırda dövriyyədə 829 milyard ABŞ dolları var.
1934-cü ildə Amerika Birləşmiş Ştatlarında 100000 dollarlıq əskinas buraxılıb. Bu əskinas banklararsı əməliyyatların aparılması üçün istifadə olunub. Həmin pulun üzərində ABŞ-ın 28-ci prezidenti Vudro Vilsonun əksi olub.
100 dollardan ibarət 1 milyon dollar pulun kütləsi 10 kiloqramdır.
20-ci əsrin ortalarına qədər Afrikanın bəzi yerlərində pul əvəzinə ev heyvanlarından istifadə olunub.
20-ci əsrin sonlarında isə Belçikada buraxılan pulların üzərində reklam mətnləri yerləşdirilib.
Puldan istifadə etməklə qeyri-adi reklamlardan biri isə Amerikada baş tutub. Yeni supermarketin sahibi öz obyektindən xeyli kənarda topun içərisinə 8 min dollar pul yerləşdirib. Topdan atəş açıldıqda həmin pullar supermarketin qarşısına səpələnib.Pul əldə etmək istəyən minlərlə insan yeni supermarketin açıldığını görüblər.
Dünyanin ən böyük qızıl külcəsini isə yaponlar hazırlayıblar. Külçənin çəkisi 250 kiloqram, dəyəri isə 3.7 million dollardır.
Hazırda insanları əvvəlcə sevindirib sonra isə bəlaya salan kredit dünyada ilk dəfə 1951-ci ildə "Amerikan-ekspress" şirkəti tərəfindən verilib.
Avropada istifadə olunan əksər pul vahidlərinin adları çəki vahidlərinin adlarından götürülüb. Məsələn, funt, marka, krona, lira və c.
İnsanların pula münasibəti də müxtəlifdir. Tədqiqatçıların qənaətinə görə, dünya əhalisinin 92 faizi öz sevgisini tapmaqdan çox varlı olmağı arzulayırlar. Daha bir maraqlı fakt isə odur ki, planetdə yaşayan insanların dörddə biri elə düşünür ki, yalnız lotereya uduşları ilə varlanmaq olar. Digər bir fakt isə daha acınacaqlıdır. Böyük məbləğdə uduş sahiblərinə olacaq qəsdin ehtimalı digər insanlardan üç dəfə artıqdır.
Bencamin Franklinin pul qazanmaqla bağlı belə bir fikri var: "Varlanmaq üçün iki şey lazımdır: işləmək və qənaət etmək".Bəs qazanılan pulun boş-boşuna əldən getməməsi üçün nə etmək lazımdır? Əgər olan-qalan pulunuzun da əldən çıxmasını istəmirsinizsə, hökmən açağıdakı qaydalara əməl edin:
1. Evdə fit çalmayın
2. Pul qabınızdakı xırdaları saymayın
3. Gün batandan sonra evdən zibil çıxarmayın
4. Axşam vaxtı heç kimə borc verməyin
5. Stolun üstündə pul saxlamayın
6. Evi ayrı-ayrı süpürgələrlə süpürməyin
7. Süfrəni əlinizlə təmizləməyin
8. Axşam vaxtı pul saymayın
Əgər yuxuda siçan və tarakan görsəniz, bu büdcənizin zənginləşməsindən xəbər verir.
Pul haqqında müdriklərin bir çox dəyərli kəlamları var. Onlardan yalnız birini xatırlatmaq yerinə düşərdi: "Son çay quruyanda, son ağac yox olanda, son balıq öləndə pulu hər şeydən üstün tutan insanlar pulun yeyilməyən bir şey olduğunu anlayacaqlar".
Ancaq təbii ki, bu deyimlərin, bu yozumların sonluğunda bir mütləq həqiqəti dərk etmək lazımdır ki, insanın ruzusunu yetirən Tanrıdır. Odur ki, Tanrı mərhəmətinə inanın və pulsuzluqdan qorxmayın.
Sonda isə dəyərli oxuculardan bir ricam var. Xahiş edirəm yazını oxuduqdan sonra saytın şərh yerinə Mirzə Ələkbər Sabirin "Pulsuz kişi, insanlığı asanmı sanırsan?!" misrasını yazmayın.//atv.az

Xəbərlər     Baxılıb: 2568   Tarix: 21 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

turlar.az

yay kolleksiyasi qis geyimləri 2026 maskalar yemişan faydaları hər gün bal həsrət şəkilləri doğuşdan sonra kosmetika hakisda nizami gəncəvi qz eviyçun hakışta maya maskasi atalar sozleri