"Vərəm də özünün yeni forması ilə yenidən baş qaldırıb" - Tanınmış həkimdən müraciət

"Vərəm də özünün yeni forması ilə yenidən baş qaldırıb" - Tanınmış həkimdən müraciətÜmumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.
Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. İnsan orqanizminə tənəffüs yolları, qida, dəri vasitəsi və sair yollarla daxil olur. Onu törədən mikroblar uzun müddət yaşaya və 6-8 aya qədər müxtəlif əşyaların üzərində qala bilir. Ona görə də xəstəliyə qab-qacaq, pal-paltar, dəsmal və digər məişət təması nəticəsində yoluxmaq mümkündür. Xəstəlik, bir qayda olaraq, dərhal başlamır və bir neçə aydan bir ilə qədər müddətdə özünü büruzə verə bilər. Yoluxma zamanı orqanizmin müdafiə qabiliyyəti, xüsusilə immun sistemi əhəmiyyətli rol oynayır.
Vərəmlə mübarizə gününün simvolu sağlam nəfəs əlaməti olan ağ çobanyastığıdır.
Vərəm epidemiyasına qarşı tətbiq edilən strategiya ətrafdakılar üçün ən çox təhlükəli olan xəstələri aşkar etməyə və müalicə etməyə imkan verir. Bu strategiya sayəsində xəstələrin 92-95 faizi sağalaraq həyata qaytarılıb. Hazırda həmin strategiya dünyanın 180-dan artıq ölkəsində uğurla tətbiq edilir və 2000-ci ildən bəri onun sayəsində 54 milyon insanın həyatı xilas edilib.
Vərəm sağalan xəstəlikdir və bu sahədə ardıcıl iş aparılır, lakin Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin fikrincə, onun aşkar edilməsi, müalicəsi və sağalması üçün göstərilən səylər yetərli deyil. İl ərzində vərəmə yoluxan 9 milyon xəstədən 3 milyonu müalicə almır. Ona görə də Ümumdünya Vərəmlə Mübarizə Gününün keçirilməsinin başlıca məqsədi hər şeydən əvvəl onunla bağlı əhalinin məlumatlılığını artırmaq və qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səyləri birləşdirməkdən ibarətdir.
Milli.Az Modern.az-a istinadən bildirir ki, tanınmış həkim, tibb elmləri doktoru Adil Qeybulla  Ümumdünya Vərəmlə Mübarizə Günündə Azərbaycan hökumətinə Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib.
O, müraciətində bildirib ki, bütün dünyada xəstəliklərin reyestri genişlənməkdədir. Vərəm özünün yeni rezistent forması ilə yenidən baş qaldırıb.
"Bu forma deyilənə görə, Rusiya həbsxanalarından başlanğıc götürmüşdür. Məhbusların dərmanları yarımçıq və rejimsiz qəbul etməsi ona həssaslığı azaltmış və yeni rezistent formanın təkamül etməsinə başlanğıc vermişdir. Taun (plague), vəba (cholera), təbii çiçək (smallpox) və sarı qızdırma (yellow fever) kimi xüsusi təhlükəli infeksiyların epidemiya və pandemiyası istənilən an bəşəriyyəti böyük faciələrlə üz-üzə qoya bilər. Düzdür, təbii çiçək vaksinasiya nəticəsində artıq ÜST reyestrindən çıxarılsa da, yəqin ki, müəyyən laboratoriyalarda "bəslənilir". 1980-ci illərdə vüsət alan QİÇS hələ də sağalmaz bir xəstəlik olaraq qalır və bu günə qədər 30 milyondan çox insanın ölümünə səbəb olmuşdur. BMT-nin 2018-ci il hesabatına görə, 38 milyon insan HIV daşıyıcısıdır, hər il 5 milyon insan bu virusa tutulur və indiyə kimi 32 milyon insan QİÇS-dən ölmüşdür. Bu da artıq pandemiya hesab edilməlidir.
Qrip epidemiyaları da qədim dövrdən məlum olan təhlükəli virus infeksiyasıdır. Qripi Hippokrat hələ 2500 il əvvəl qripi "yoluxucu öskürək epidemiyası" kimi təsvir edirdi. Tarixdə qripin müxtəlif epidemiyaları (Rus qripi, Asiya qripi, İspan qripi, Donuz qripi, Quş qripi və s.) mövcud olub. Təkcə 1918-1920-c illərdə baş verən ispan qripi təqribən 18 ay ərzində 100 milyona qədər insanın (dünya əhalisinin 5%-i) ölümünə səbəb olub.
Artıq xeyli müddətdir ki, hər il biz hava-damcı yolu ilə yayılan, mövsümi soyuqdəymənin əsas baiskarı olan koronavirusun yeni, təkamül keçmiş, təhlükəli COVID-19 ştamı bəşəriyyəti silkələyib. Yoluxanlar və ölənlər sürətlə artmaqdadır.
Dünya hər il yeni-yeni sürprizlərlə üz-üzə dayana bilər. Dünya iqtisadiyyatı da epidemiyalar ucbatından böyük itkilər verir. Nə etməli?
Biz epidemiya ilə mübarizədə daha effektiv, daha ucuz və daha əlçatan üsullar işlənib hazırlanmalıdır. Çünki bahalı tibbi vasitələr bütün dünya əhalisi üçün bir tərəfdən əlçatan deyil, digər tərəfdən yetərli deyil. Belə ki, qrip və degər respirator infeksiya törədən viruslar replikasiya edərək hər il yeni bir ştamla (serovarla) peyda olur. Ona görə də virus infeksiyaları ilə mübarizədə vaksinasiya effektsizdir. Məsələn, gələn il koronavirus yeni, daha "yumşaq" xarakterli ştamla peyda ola bilər.
Məsələn, artıq ÜST hava-damcı və kontakt yolu ilə keçən infeksiyalara qarşı preventiv tədbirlər çərçivəsində "əllərin isti su altında sabunla yuyulması"nı dünya əhalisinə effektiv üsul kimi qəbul və tövsiyə edir.
Düşünürəm ki, ÜST hava-damçı yolu ilə yayılan infeksiyalarla mübarizədə Qlobal proqram hazırlamalıdır.
Sadə üsullardan biri də immunokorreksiya terapiyadır. Bu məqsədlə müxtəlif immunomodulyasiya edən dərmanlar (klassik cxemdə üçkomponentli hüceyrə immune cavab və TLR/NOD-asılı immune cavab hipotezi) istifadə edilə bilər.
Bu preparatlara aiddir:
1. Bakteriyaların lizatları (Broncho-munal®, Imudon®, Ribomunyl®, IRS® 19, OM-85 (Broncho-Vaxom®);
2. Mikrob mənşəli makromolekulyar brləşmələr (Glucoseminylmuramildipeptidum, Pyrogenalum, Prodigiosanum, Sodium nucleinate);
3. Bitki mənşəli maddələr (Echinácea purpúrea)
4. Sintetik immunomodulyatorlar (Pidotimodum or Imunorix®).
Bu maddələr insanın immun sistemini dolayısı yolla stimulyasiya edir, bədənin təbii müdafiə imkanlarını artırır. Onların tətbiqi təhlükəsidir və respirator virus infeksiyalarından qoruyar və ya onların ağırlıq dərəcəsini xeyli azaldar.
Nə qədər ki, COVID-19 ştamının istiliyə dözümü azdır, bu preparatlardan Pyrogenalum daha uğurla istifadə edilə bilər. Pirogenal qəbulundan sonra bədəndə 3 saatdan 8 saata qədər davam edən hipertermiya (37.5°C) yaranır ki, bu da hüceyrə daxilində gizlənən mikroorqanizmlərin və virus hissəciklərinin (xlamidiya, mikoplazma, ureoplazma, respirator viruslar və o cümlədən COVID-19 ştamı) məhvinə və ya inaktivliyinə gətirib cıxaracaqdır. Pirogenal Salmonella typhi və ya Pseudomonas aeruginosa mikroorqanizmlərindən alınan lipopolisaxarid olub təhlükəsiz və çox effektiv immunomodulyatordır. Ona görə də Pirogenalın həm sağlam, həm karantində olan, həm də yoluxmuş şəxslərə tətbiqinin müsbət nəticə verəcəyi tam şübhəsizdir.
Preparat şam (suppozitoriy) və ampul şəklində buraxılır. Əhali üçün praktiki olanı şamdır. İlk doza 50 mkg olmalıdır. Sonra günaşırı doza hər dəfə 50 mkg artırmaqla 200 mkg-a çatdırılır.
Azərbaycanda biz bu sadə, əlçatan və effektiv üsulu tətbiq etsək, həm əhalimizi xilas etmiş olarıq, həm də bu COVID-19-la mübarizədə bütün dünyaya bir töhfə olar", - Adil Qeybulla bildirib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1766   Tarix: 24 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

maskalar kosmetika mehsullari gözəllik məhsulları döş əmən kişilər resept hamiləlikdə islamda qadinlar kosmetika vətənə aid bayatı veten haqqinda atalar sozleri xərçəng bürcü atalar sözləri rus dili 2ci ders