Vərəm xəstələri necə qidalanmalıdır? - Tövsiyələr

Vərəm xəstələri necə qidalanmalıdır? - Tövsiyələr"Vərəm xəstəliyi zamanı düzgün qidalanma müalicənin vacib hissəsidir".
Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.
Onun sözlərinə görə, xəstəlik orqanizmdə enerji sərfini artırır, iştahanı azaldır və arıqlamaya səbəb olur, buna görə də qidalanma həm immun sistemini gücləndirməyə, həm də bərpa prosesini sürətləndirməyə yönəlməlidir.
İ.Axundova qeyd edib ki, xəstələrin kalori və enerji ehtiyacı artır və vərəm xəstələrinin orqanizmi infeksiyaya qarşı mübarizə apardığı üçün daha çox enerji sərf edir:
"Buna görə, gündəlik qida rasionu adi insanlara nisbətən 10-20% daha kalorili olmalıdır. Zülalın rolu çox vacibdir və zülal toxumaların bərpası və immun sisteminin güclənməsi üçün əsas qida maddəsidir. Vərəm zamanı zülala olan ehtiyac artır. Vitaminlər və mikroelementlər immunitetin güclənməsi üçün çox vacibdir. Maye qəbulunun nəzarətinə də diqqət edilməlidir. Orqanizmin detoksifikasiyası və ümumi vəziyyətin yaxşılaşdırılması üçün gündə 1,5-2 litr maye qəbul etmək tövsiyə olunur. Qidalanma rejimi: gündə 4-5 dəfə kiçik porsiyalarla, asan həzm olunan və qidalar olması, səhər yeməyinin mütləq qəbul edilməsi tövsiyə olunur. Müalicə zamanı bəzi qidalar məhdudlaşdırılmalıdır. Çox yağlı və ağır qidalar, həddindən artıq şəkər, spirtli içkilər,  çox duzlu və emal olunmuş qidalardan uzaq olmaq lazımdır. Spirtli içkilər xüsusilə təhlükəlidir, çünki vərəm dərmanları ilə birlikdə qaraciyərə ciddi zərər verə bilər".
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 960   Tarix: 12 mart 2026
f Paylaş

Oxşar xəbərlər

.

Əl titrəməsinin 5 səbəbi

Əllərin titrəməsi çox vaxt narahatlıq yaratsa da, hər zaman ciddi xəstəlik əlaməti olmur. Mütəxəssislərin sözlərinə görə, bəzi hallarda bu vəziyyət gündəlik faktorlarla bağlı olur və aradan qalxa bilər. Fransız mətbuatın

.

Günvurmadan necə qorunmaq olar?

Yay aylarında havaların həddindən artıq isti keçməsi günvurma riskini artırır. xəbər verir ki, xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəliyi olan şəxslər və açıq havada çalışanlar daha diqqətli olmalıdırlar. Günvurmadan qorunma

.

Yayda buzlu su içmək həmişə faydalıdırmı?

İsti havalarda buz kimi soyuq su içmək insanı dərhal rahatlaşdırsa da, mütəxəssislər bunun hər zaman ən yaxşı seçim olmadığını bildirirlər. xəbər verir ki, çox soyuq su susuzluq hissini tez azaldır və insanın kifayət qədə

.

Qızdırmanı belə salmağa çalışmayın - Təhlükəlidir

Xalq arasında qızdırmanı salmaq üçün istifadə edilən üsullardan biri də ayaqları isti suya qoymaqdır. Lakin bu metod hər zaman faydalı hesab edilmir və bəzi hallarda vəziyyəti daha da ağırlaşdıra bilər. xəbər verir ki, yüksə

.

Sümükləri möhkəmləndirən qidalar

60 yaşdan yuxarı insanların təxminən 30 faizi bud-çanaq sınığından sonra bir il ərzində həyatını itirir. xəbər verir ki, bu səbəbdən sümüklərin möhkəmliyini qorumaq və sınıq riskini azaltmaq üçün kalsium, D vitamini, zülal

.

Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar

Yay mövsümü istirahət, səyahət, çimərlik və açıq hava gəzintiləri ilə yadda qalsa da, isti aylar bəzi virus infeksiyalarının yayılması üçün əlverişli şərait yarada bilər. Buna səbəb təkcə yüksək temperatur deyil. Açıq havad

.

İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?

İnsan sadəcə başqa birinin əsnədiyini görməklə özü də əsnəməyə başlaya bilər. Maraqlıdır ki, bu qəribə təsir bəzi heyvanlarda da müşahidə olunur. xarici mediaya istinadən xəbər verir ki, əsnəmək insan orqanizminin ən adi

.

İnsultdan əvvəl görünən təhlükəli əlamətlər

Nevroloqlar insultdan əvvəl ortaya çıxa bilən gizli əlamətlərə diqqət yetirməyə çağırıblar. xəbər verir ki, insult bəzi hallarda qəfil baş vermir və beyin günlər, hətta həftələr əvvəl müəyyən siqnallar verə bilər. Lakin b

.

"Ən çətin məqam diaqnozu ilk dəfə deməkdir" - MÜSAHİBƏ

Xərçəng haqqında çox danışırıq. Statistikalardan, müalicələrdən, dərmanlardan. Amma bu xəstəliyin arxasında dayanan insanlardan, onların qorxularından, ümidlərindən, yanlış bildiklərindən daha az danışırıq. Elə buna gör

turlar.az

qaşların formalari yay kolleksiyasi geyim şəkilləri terevezler dirnaq maskasi dil haqqinda atalar sozu sarimsaqin xeyri kosmetika veten sağlamlıq cinsi intim munasibetler burclerin uygunlugu