Vərəmin yeni müalicə üsulu tapıldı
Vərəm xəstəliyi heç cür təslim olmur və insanları yoluxdurmağa davam edir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu xəstəliyi əmələ gətirən mikrobakteriyalar çox davamlıdır və yeni antibiotiklərə tez öyrəşərək, davamlı mutasiyalar əmələ gətirirlər.
Alimlər, bu xəstəliklərlə mübarizədə daha prinsipial metodlara ehtiyac olduğunu düşünürlər. Sidneydən olan mütəxəssislər sübut ediblər ki, mikrob orqanizmi zəbt edən zaman immun sisteminin işini zəiflətmək üçün trombositləri "aldadır". Məhz bu xüsusiyyəti mikrobun özünə yönəltmək mümkündür.
Danino-rerio balıqlarında xəstəlik törədən vərəm mikrotörədicilərinin mikroskopla yoxlanıldıqda araşdırmaçılar infeksiyanın immuniteti dağıtdığını müşahidə ediblər.
Alimlər trombositləri tormbosit əleyhinə preparatların və aspirinin köməyi ilə "sakitləşdiriblər". Nəticədə bakterial təzyiq kifayət qədər azalıb.
Mütəxəssislər antibiotiklərə davamlı olan vərəm infesksiyasının müalicəsinin bu yolla mümkün olduğunu açıqlayıblar. Bunun üçün antikoaqulyant preparat tələb olunur ki, onlardan ən ucuzu və etibarlısı aspirindir.
Milli.Az









Hakışta
Qara zirə (Çörək otunun) faydaları
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
İşdə nə edək ki, daha az yorulaq
Enerji içkisi sevənlər oxusun
Çılpaq yatmağın faydaları
Sağlam qaraciyər üçün qəhvə için
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR
Gözümüzü məhv edə biləcək eynəklər var