Vəzəri və keşniş haqqında bilmədiklərimiz

Vəzəri və keşniş haqqında bilmədiklərimizBu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən vəzərinin və keşnişin çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.

Vəzəri
Vəzəri qida və ədviyyat bitkisi sayılır. Süfrəmizdə ən çox istifadə edilən göyərtilərdən biridir. Azərbaycanda vəzəriyə üstünlük verilir. Ona acıtərə də deyirlər, yəni acı dadan tərəvəz. Tərəvəz kimi yeyilən əsas hissələri yarpaq və körpə özəkləridir. Qədim dövrlərdən qida və müalicə məqsədilə becərildiyi məlumdur. Təsadüfi deyil ki, hələ orta əsr həkimləri deyirdilər ki, kim sağlam olmaq istəyirsə, mütləq vəzəri yesin, yoxsa ona həkim kömək edə bilməz. Bir maraqlı cəhət də ondan ibarətdir ki, təbabət həmişə bu bitkinin avitaminoz və maddələr mübadiləsindəki roluna xüsusi əhəmiyyət vermişdir. Vəzəri vitamin mənbəyi hesab edilir. İnsan orqanizmi üçün lazımi olan faydalı maddələr acıtərədə daha çoxdur.

Belə ki, qədim yunanlar onu soyuqdəymə əleyhinə işlətmiş, qədim romalılar isə əsəb sistemini onun köməyilə müalicə edirmişlər. Müasir dövrdə də vəzəri xalq təbabətində çoxşaxəli müalicə əhəmiyyətli bitki hesab edirlər. Qidanı müntəzəm olaraq işlətdikdə həzmi yaxşılaşdırır, yuxunu normallaşdırar, arterial təzyigi aşağı salır, avitaminozun profilaktikasında yaxşı təsir göstərir. Vəzəri bədəndə olan
zərər və zəhərləri kənarlaşdırır. Keçmişdə sağlamlıq və güc rəmzi kimi tanınan bu bitki Şərq təbiblərinin əsas müalicə vasitələrindən biri olmuşdur. Ondan yoluxucu (infeksiya), bağırsaq və tənəffüs sistemi xəstəliklərində istifadə etmiş, astma, zökəm, göyöskürək hallarında səhərlər acqarına şirəsindən içməyi məsləhət görmüşlər. Vəzəri şirəsini zeytun yağı ilə qarışdırıb böyrək və sidik kisəsi ağrılarında içmək
faydalıdır. Zeytun yağı əvəzinə şirin badamın yağından da istifadə etmək olar.

Vəzəri və onun digər növ və sortlarından, məsələn, su tərəsi sidik və tərqovucu təsirə malikdir. Həmçinin, ağızdakı pis qoxularda, şəkər xəstəliyində vəzəri işlətmək (çiy yemək, şirəsini içmək) müsbət təsir göstərir. Cinsi meylliyi artırmaqdan ötrü vəzəri toxumunu döyüb yarı bişmiş yumurta sarısı ilə qəbul etmək lazımdır. Vəzəri həm də yaxşı iştah gətiricidir. O, mədə qıcqırmasının ən yaxşı dərmanı hesab olunur. Ona görə də salatlarda və ya ayrıca süfrəyə verilir, müxtəlif xörəklərə əlavə edir. Vəzəri (acıtərə) ilin bütün fəsillərində il boyu becərilən, süfrəmizi bəzəyən, həm də dərman bitkisi kimi köməyimizə gələn tərəvəzdir. Tez yetişkənliyi və soyuğa davamlılığı onu istənilən şəraitdə əkməyə imkan verir. Elə bir bitki tapmaq çətindir ki, vəzəri kimi toxumunu səpdikdən 10-15 gün sonra məhsulu yığılsın. Onun cücərtisi cəmi 2-3 günə torpağın səthinə çıxır. Məhsuldar bitkidir, asan həzm olunur.

Vəzəriyə yaxın növlərdən su tərəsi də faydalı maddələrlə zəngin müalicə əhəmiyyətli bitkidir. Axar sularda və ya suzaq yerlərdə bitir. Su tərəsi tərkibi C və A vitaminindən, kükürdlü birləşmələrdən, mineral duzlardan ibarətdir. O, yaxşı iştahaçıcı həzmin gücləndirici vasitədir. Acıtərənin (vəzərinin) yarpaqlarının şəklinə görə iki növu vardır: 1.Dilimli və qırışıqlı, 2. Tam yarpaqlı vəzəri.

Keşniş
Keşniş cinsinin dünya florasının tərkibində 2 növünə rast gəlmək olar. Azərbaycanda bir növünə - əkilən keşnişə rast gəlinir. Keşnişin toxumlarından 0,6-1 %-ə qədər rəngsiz və ya sarımtıl rəngdə efir yağı alınır. Onun tərkibində 15-20% piyli yağ, 11-17 % zülal maddələr, üzvü turşular, C vitamini, aşı maddəsi, şəkər, nişasta və s. tapılmışdır. Azərbaycan ərazisində çox qədimlərdən bəri becərilən
keşniş özünün xoş ətiri ilə seçilir. Keşnişin toxumları ədviyyə kimi kolbasa, Pendir, çörək-bulka, qənnadı məhsullarına və eləcə də ət, balıq, müxtəlif tərəvəzlərdən hazırlanan xörəklərin, xiyar, pomidor, kələmdən tutulan turşuların tərkibinə ətir, xoş tam vermək üçün əlavə edilir.

Keşniş efir yağından ətriyyat, kosmetikada sahəsində, texnikada və eləcə də sabunbişirmədə, tütünçülük, toxuculuq sənayesində və s. istifadə edilir. Keşniş toxumu xroniki mədə-bağırsaq xəstəliklərində iltihab götürən maddə, şirəsi ifrazı artıran və həzm prosesini
yaxşılaşdıran vasitə kimi də xeyirlidir. Keşniş toxumları böyrək xəstəlikləri, öd kisəsi iltihabında da müsbət təsirə malikdir. O, eyni zamanda ağrıkəsici dərman kimi faydalıdır. Toxumunun dəmlənməsi və otunun bişirilməsi qusma zamanı xeyirlidir. Cirə ilə qarışdırıb yedikdə mədəni gücləndirir, hıcqırığı aradan götürür. Şirəsi ilə qarqara etdikdə ağızdakı sızanaqlar və zədələr yaradan mikroblara öldürücü təsir göstərir, damağı möhkəmləndirir, diş əti qanaxmasının qarşısını alır, diş ağrısını sakitləşdirir. Bununla yanaşı, Şərq təbibləri keşnişə çox meyl etməni məsləhət görmürlər. Onların fikrincə, keşniş hafizəyə və cinsi fəaliyyətə zərərlidir.

Keşnişin toxumlarını əzib toz halına salıb qarın köpündə qəbul edirlər. Toxumunun həlimi qusma əleyhinə içilir. Keşnişdən alınan efir yağı antiseptik, ağrıkəsici və həzm orqanlarının fəaliyyətinə qüvvətləndirici təsir göstərir. Uşaqlarda tez-tez baş verən qarın ağrılarında keşnişin meyvəsini nanə yarpağı ilə qarışdırıb çay dəmləyir və xəstəyə içirdirlər. Keşniş cinsinin əkilən keşniş və dağ keşnişi (çöl keşnişi)
növləri ayırd edilir. Əkilən keşnişin hazırda onlarla sortu və müxtəlif formaları əldə edilmişdir. Dağ keşnişinin isə həm mədəni, həm də yabanı sortları var. Bu bitkinin də tərkibində əkilən keşniş kimi efir yağı, C və A vitamini, şəkərli maddələr və s. aşkar edilmişdir. Çiy yeyilir, xörəklərə, xüsusən dovğaya tökülür, salatlara doğranır. Keşnişi çeynədikdə ağızdan pis qoxunu, şərab iyini aparır. Çox yemək olmaz, belə ki, tənginəfəslik yaradır və astmaya ziyandır. Qiymətli ədviyyat bitkisidir. Dağkeşnişi – Dağ keşnişinin bitki aləmində iki növü –dağkeşnişi – şualı dağ keşnişi yayılmışdır. Bu növ keşnişlər Qafqazda, o cümlədən Azərbaycanda təsadüf edilir. Dağkeşnişinin yaşıl hissəsinin tərkibində 75-80 mq% C vitamini, karotin, flavonoid, 0,l% efir yağı, yaşıl xlorofil, həmçinin kversetin, kempferol flavonoidləri tapılmışdır. Meyvəsindən efir yağı, 3-rutinozid kversetin, 14,6-49,5% piyli yağ aşkar edilmişdir. Dağkeşnişindən ədviyyat və yaşıl tərəvəz kimi xörəklərə əlavə edilir.

Sağlamlıq     Baxılıb: 13776   Tarix: 03 mart 2014
f Paylaş

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

turlar.az

həkim məsləhəti sac duzumleri geyim necə seçməli yemişan faydaları capiq ucun maz ariqlama keks reseptləri kosmetika sağlamlıq intim munasibetler ana haqqinda bayati atalar sozu haxista