Viruslar insandan daha ağıllı və hiyləgərdir - Bizi necə aldadır?

Viruslar insandan daha ağıllı və hiyləgərdir - Bizi necə aldadır?Yazılanlar elmi fantastika janrına yaxın olsa da, reallıq və tibbi sübut olunub. Hər bir virus düşündüyümüzdən də ağıllı, hiyləgər və insan düşüncəsinə, davranışına belə təsir etmək qabiliyyətinə malikdir.
Mikroskop altında görünən bu virus ailələri çoxalmaq, yaşamaq üçün çarpışır və bunun üçün hər şeyi edirlər. Onlar insanların adi qəbul etdikləri və təhlükəli hesab etmədikləri yollarla hərəkət edirlər.
Məsələn, burnumuz tutulur, asqırırıq və insan bunu tamamilə normal bir fizioloji proses hesab edir. Hətta sağlam insan da asqıra bilər, burda qorxulu nə var? Nə olsun ki, ağız suyu ətrafa sıçradı? Çoxları heç asqırıq suyundan iyrənmir də. Bəs virus hardan bilir ki, insan asqırığa fikir verməyəcək? Virus elə bu yolu da tutur: asqırıqla bir orqanizmdən digər insana keçir, orda məskən salır və çoxalır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, həmçinin qarın ağrısı, diareya. "Ola bilər yeməyimi qarışdırmışam, soyuq olub" kimi düşüncələr gəlir, bircə virus heç kimin ağlına gəlmir. Virus üçün bu yol da əladır: tualetdə fekal yolla yayılır. Yəni kütləvi tualetlərdə.
Əslinə qalanda bu gözəgörünməz orqanizmlər genetik informasiya paketidir. Onların yeganə məqsədi yer üzündən silinməmək, var olmaq üçün hansı yolla olur olsun, canlı orqanizmin hüceyrələrinə yol tapmaqdır.
Viruslar təkcə insan orqanizminə yox, heyvan, bitki, hətta bakteriyaların da içinə daxil olur.
Düzdür, virusoloqlar deyir ki, virusların beyni, ağlı, şüuru yoxdur, lakin eyni zamanda onların fövqəladə bacarıq, hətta alimləri azdıracaq hiyləgərliklərinə heyran qalırlar.
Ağlı olmayan varlıq insan hüceyrəsi kimi mürəkkəb mexanizmin içinə daxil olmağı bacarmaz və hüceyrəni özünə ram edib, surətini çıxarmaz. Yəni viruslar hüceyrənin quruluşunu, davranışını dəyişir. Bununla da insanın davranışına, düşüncəsinə belə təsir edə bilər.
Bu barədə "Plos" elmi dərgisində çıxmış maraqlı tədqiqatı xatırlayaq. Elmi araşdırmada hər il 600 min uşağın həyatını məhv edən rotavirus infeksiyası tədqiq olunub.
Virus xəstəliyinin simptomu qusma, qarın ağrısı, ishaldır. Hesab edilir ki, qusma, ürəkbulanma, diareya orqanizmin virusdan müdafiə mexanizmidir, guya bununla o virusu bədəndən çıxarmağa çalışır.
Qusma zamanı bağırsaqla beyin arasında siqnal yaranır, beyin pis qida, zəhərli qida, təhlükəli elementi çölə çıxarmaq əmri verir. Hasil olan serotonin sinir sistemini aktivləşdirir, beyindən ötürülən siqnalları bağırsaq, mədə icra edir.
Bu araşdırmada İsveç alimləri sübut ediblər ki, rotarovirus özü bu mexanizmə nəzarət edib yaradıb ki, insan qusuntusu və ifrazatı ilə daha çox insanı yoluxdursun. Beləliklə, virusların insan davranışlarını idarə etdiyi və ya bundan da öz məqsədləri üçün istifadə etdiyi məlum olub. Ona görə, elm və tibb virus qarşısında çox zaman aciz qalır və insan orqanizmi viruslara təslim olur. Bunu isə ağılsız və beyinsiz varlıq edə bilməz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1509   Tarix: 31 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim seçimi yay kolleksiyasi gözəllik məhsulları ev dizaynlari qonaq otagi royanin oglu şirniyyatların hazırlanması buga burcu 2026 kosmetika novruz hakistalari qoğalın nağlı yemek reseptleri qiz burcu gulmeli hakista