Vitaminlər haqqında ümumi məlumat

Vitaminlər haqqında ümumi məlumatVitaminlər adı altında qidanın tərkibində orqanizmə daxil olan, orqanizm üçün əvəzolunmaz qida komponeneti hesab olunan üzvi birləşmələr nəzərdə tutulur. Bu üzvi birləşmələr orqanizmdə maddələr mübadiləsinin tənzim edilməsində iştirak etməklə orqanizmin biokimyəvi və fizioloji proseslərinin normal fəaliyyətini təmin edir.
İnsan orqanizmində bəzi vitaminlər ümumiyyətlə sintez olunmur, bəzi vitaminlər isə orqanizmin təlabatından xeyli az miqdarda sintez olunur. Bir hissə vitaminlər isə orqanizmin toxumalarında sintez edilir, bəziləri isə bağırsaqlarda olan mikroorqanizmlərin həyat fəaliyyətinin məhsuludur.
Vitaminlərin çatışmazlığı orqanizmdə biokimyəvi proseslərin pozulmasına və bununla əlaqədar olan xəstəliklərin əmələ gəlməsinə səbəb olur. 1897-ci ildə Hollandiya həkimi Ş.Eykman müşahidə etmişdir ki, uzun müddət təmizlənmiş düyü ilə qidalanan toyuqlarda beri-beri xəstəliyinə bənzəyən patoloji hallar meydana çıxır. Qidaya düyü kəpəyi əlavə edildikdə isə patologiyalar aradan qalxır. Həmin illərdə Eykman, Yava adasında məhbuslar üzərində təcrübə apararaq qabığı təmizlənmiş düyü ilə qidalanan məhbusların beri-beri xəstəliyinə tutulmasına səbəb olmuş, sonra isə onları düyü kəpyi ilə qidalandıraraq müalicə etmişdir. Bunu nəzərə alan polyak tədqiqatçısı Funk 1911-ci ildən beri-beri xəstəliyini sağaldan həmin maddəyə vita-həyat adını verib.
Beləliklə, insan və heyvan orqanizminin qida vasitəsilə xarici mühitdən aldığı, orqanizmdə enerji mənbəyi kimi istifadə edilməyən, lakin maddələr mübadiləsinin və fizioloji proseslərin tənzimində mühüm rolu olan, bütün biokimyəvi aktiv maddələr vitaminlər qrupu adı altında birləşir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2031   Tarix: 22 dekabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

reseptler geyim və ayaqqabılar toy gecesi cinsi problemlər sanamalar küftələr atalar sözləri kosmetika vetene aid bayati sirniyatlar qaynana tanisliq sağlamlığa aid atalar sözləri