Vitaminlər haqqında ümumi məlumatlar

Vitaminlər haqqında ümumi məlumatlarVitaminlər bədəndəki metabolik proseslərin normal şəkildə meydana gəlməsi və davam etdirilməsi üçün lazım olan və qidalar içində az miqdarlarda olan maddələrdir.

Sağlam həyat üçün hansı qidalar lazımdır?

Qidaların 4 əsas maddəsi olan proteinlər, yağlar, karbohidratlar və yemək duzu kimi makroqidalandırıcılar saf şəkildə qəbul edildikdə, kifayət qədər bədənə daxil olsalar da, sağlam həyata davam etmək üçün kifayət etmirlər.

Bunlarla bərabər vitaminlər və dəmir, sink, mis, yod, xrom, maqnezium, manqan, molibden, venadium və silisium kimi əsas minerallar da qəbul edilməlidir.

Qidalar saxlanıldıqda vitamin itirirmi?

Qidalar bişirmə, saxlanma və qızdırma zamanı vitaminlərini itirə bilər. Qidaların içindəki yağda həll olan vitaminlər hava və işığın təsirinə çox da məruz qalmırlar. Tiamin (B1 vitamini), fol turşusu, pantoten turşusu (B5 vitamini) və xüsusilə askorbin turşusu (C vitamini) kimi suda həll olan vitaminlər isə, qida maddələrinin qaynadılması və qızardılması zamanı qismən parçalanır. Yemək suyunun atılması da, qidaların içindəki suda həll olan bir qisim vitaminlərin itirilməsinə səbəb olur.

Qadınlar kişilərə nisbətən qidalanma ilə bağlı pozğunluqlara qarşı daha həssasdırlar?

Qadınların çoxunun kalori ehtiyacı və aldıqları kalori miqdarı kişilərdən azdır. Bu səbəblə kifayət qədər vitamin və mineral qəbulunu təmin etmək üçün, qadınlar qida tərkibi bol olan bir pəhriz tutmalıdırlar. Qadınların kalsium və dəmir ehtiyacı kişilərdən çoxdur. Hamiləlik, laktasiya və oral kontraseptivlərin istifadəsi də bədənin vitamin balansını pozur. Vitamin çatışmamazlığı, bəzi qadınların menstruasiya periodundan qabaq bir çox şikayətlərinə səbəb olur.

Bədənimiz üçün lazım olan vitaminlərin hamısını qidalardan ala bilərikmi?

Bəli. Tərkibində karbohidrat, protein və yağ kimi əsas qida maddələri kifayət qədər miqdarda olan qidalarla qidalanma, bəzi xüsusi hallar istisna olmaqla, bədənin gündəlik ehtiyacını ödəyəcək qədər vitaminlə təmin edir. Lakin gündəlik qidalanmanız tərəvəz, meyvə, dənli bitkilər, süd məhsulları, ət, yumurta kimi proteinlə zəngin qidalardan hər hansı birindən ibarət deyil, və ya az miqdarda ibarətdirsə, ehtiyacınız olan vitaminlərin hamısını qidalardan ala bilmədiyiniz üçün əlavə vitamin qəbuluna ehtiyacınız var.

Hamilə və süd əmizdirən qadınların hansı vitaminlərə ehtiyacı var?

Hamiləlik və ya süd vermə zamanı, istər ana, istərsə də döl və ya uşağın A, C, B1, B6, B12, fol turşusu vitaminlərindən əlavə, dəmir, kalsium kimi mineral ehtiyacları artır və bu ehtiyacı qarşılaya bilmək üçün, vitamin preparatlarına müracitə etmək lazım ola bilər.

Dəmirin insan orqanizmi üçün əhəmiyyəti nədir?

Qanın ən əsas funksional komponentini əmələ gətirən dəmir, hüceyrələrə oksigen daşınması və beləcə hüceyrələrdəki oksidləşmənin davam etdirilməsi üçün lazımlıdır. Dəmir çatışmamazlığıı ilə əlaqəli olaraq, qanazlığı, yorğunluq və əmək qabiliyyətində azalma görülür.

Qadınların kişilərdən daha çox dəmirə ehtiyacı var?

Kişilərin dəmir ehtiyacı gündə 10 mq, qadınlarınkı usə 15 mq-dır. Qadınlar hər ay aybaşı (menstruasiya) zamanı qan itirdiyindən, bundan əlavə hamiləlik və əmizdirmə zamanı uşağın dəmir ehtiyacını ana ödədiyindən, dəmirə ehtiyac artır. Qadınların dəmir toplayıb saxlama qabiliyyəti aşağı olduğundan, onlar dəmir qəbuluna xüsusi ehtiyac duyurlar.

Kalsiumun orqanizm üçün əhəmiyyəti nədir?

Kalsium doğumdan qocalığa qədər sümük, diş əti və dərnaqların sağlam inkişafı ilə bərabər, sümük itkisinin qarşısını almaq üçün lazımdır. Yaş ötdükcə, kalsiumun sorulması azalır.

Yaşı 30-dan çox olan qadınların vitamin və kalsium qəbuluna niyə ehtiyacı var?

Xüsusilə 30 yaşından sonra qadınlar daha çox kalsium itirməyə başlayır. Menopauza ilə birlikdə bu itki sürətlənir və osteoporoz əlamətləri (sümüklərdə zəifləmə, ağrı) üzə çıxa bilər.

Kalsiumun sorulması və orqanizm tərəfindən tam olaraq istifadə edilə bilinməsi üçün D vitamini və ümumi sağlamlğın qorunmasında vitaminlər çox önəmlidir. Qadınlar 30 yaşından sonra süd və süd məhsullarından daha çox istifadə etməli, günəş işığından daha çox yararlanmalı və idmana vaxt ayırmalıdırlar.

İqlim və coğrafi bölgə vitamin ehtiyacına təsir edirmi?

İqlim və coğrafi bölgə şərtlərinə görə D vitamininə olan ehtiyac dəyişə bilər. Günəşli bir mühitdə, açıq havada yaşayanlarda dəridə kifayət dərəcədə vitamin sintez edildiyi üçün bu vitaminə ehtiyac azalır. D vitamininin ən əsas qaynağı dəridir.

Şimal ölkələri və dərin vadilər kimi az günəşli yerlərdə yaşayan və peşəsi ilə əlaqəli olaraq gündüz vaxtını qapalı məkanlarda keçirənlərdə D vitaminə ehtiyac artır.

Sağlamlıq     Baxılıb: 2503   Tarix: 06 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

turlar.az

sac duzumleri kosmetik vasiteler reseptler cins salvar 2026 yemək resepti bürclər haqqında ləkələr kosmetika pomidor kahfe kali qaynanaya aid vetene aid bayati ağır itki