"Vulkan palçığı ginekoloji xəstəliklərin müalicəsində istifadə olunur"
"Azərbaycanda vulkan palçığı bir çox dərdlərin dərmanıdır".
Milli.Az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının alimi, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, balneoloji xüsusiyyətləri sayəsində vulkan palçığı bir çox xəstəliklərin, o cümlədən dəri və ginekoloji xəstəliklərin müalicəsində, habelə kosmetologiyada istifadə olunur.
"Vulkan gili keramzit, kərpic istehsalı üçün əla xammal olduğuna görə inşaatda istifadə olunur. Vulkan püskürməsinin məhsulu olan vulkan brekçiyasının tərkibində isə bir sıra qiymətli elementlər və metallar var ki, bu elementlərdən xalq təsərrüfatının ehtiyacları üçün istifadə etmək olar", - professor əlavə edib.
Xatırladaq ki, A.Əliyev Azərbaycanda gələn il vulkan püskürəcəyini proqnozlaşdırdığını söyləyib.
Milli.Az









Vətən haqqında bayatılar
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər