Vüqar Muradov ağlayaraq etiraf etdi: 'Məni yıxdılar, sürüdülər
Müğənni Vüqar Muradov Mtv Azərbagcan kanalında "Tarixin bir günü" verilişində duyğusal anlar yaşayıb.
azxeber.com xəbər verir ki, müğənni, canlı yayım zamanı göz yaşlarını saxlaya bilməyib.
O, bəzi etiraflar edərək efiri tərk edib:
"Bu televiziya sahəsi çox təhlükəlidir. Xüsusən də müğənni olmaq. Bir anda bütün kariyeran məhv ola bilər. İllərdir məni pərəstişkarlarımın gözündən salmağa çalışdılar və bacardılar. Emosionallığımdan istifadə etdilər və məndə aqresaiya yaratdılar. Buna görə də soyudum, yaradıcılıqla məşqul olmadım. Tamaşaçı da safdır, gördüyünə inanır. Məni qalmaqallı kimi göstərdilər, mən də anlamayıb hər yerə çıxıb danışırdım. Məsləhət verənim də yox idi ki, Vüqar bunu eləmə. Məni yıxdılar, sürüdülər".
Vüqar, yeni qərarını da açıqlayaraq verilişlərə qatılmayacağını bildirib:
"Allah hər kəsin ürəyinə görə versin. Vicdansız olmaq asan məsələdir. Gəlin nəyinsə xatirinə mənəviyyatımızı itirməyək. Bahalı görünməkdən ötrü kiminsə qüruru ilə oynamayaq. Heç bir var-dövlətim yoxdur amma dünyanın ən xoşbəxtiyəm. Çünki canım sağlamdır. Mənə bulaşmayın. Qalmaqaldan ötrü məni verilişlərə çağırmayın. Məni ümumiyyətlə tanımayın, saymayın. Bu boyda səsimlə, bacarığımla kənarda qalmışam. Çünki elə qələmə verdilər ki, Vüqar kobuddur".
Aysel









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi