Vüsalə AĞIR İTKİSİNİ belə yaşadı: "Səni son mənsizlə yol sala bilmədim, ömür boyu bu acını..."
"Səni məndən, bizdən alan bu tarixi heç sevmirəm, ata. Düz 7 ildir... Kaş qoxunu hiss edərdim, zəhmətdən qabar olan əllərinlə başıma sığal çəkib mənim güclü, kişi balam deyərdin".
Bu sözləri aparıcı Vüsalə Əlizadə İnstaqram səhifəsində yazıb.
Atasının məzarını ziyarət edən Vüsalə onun üçün darıxdığını dilə gətirib:
"Səni arzulayıram. Bütün arzularıma əziyyətlə, damla-damla çatmışam. Amma bu mümkünsüzdür bilirəm. Sənin yükünü çiyinlərimə aldım, sənin arzuladığın kimi həyata keçirdim. Əminəm ki, ruhun şaddır, gözün arxada qalmayıb. Sinən üstündə açan çiçəklər belə hüzurundan xəbər verir, canım atam.
Məndən nigaran olduğun təkcə bu idi, artıq 6 ildir mən də tək çiçəyim qucağımda gəlirəm hüzuruna. Amma mən bir ömür boyu bu acını çəkəcəyəm. Səni son mənzilə yola sala bilmədim, bu, ən yaralı yerimdir. Canımı yandıran yerim... Kaş ölümsüz olaydın dünya...".











Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin