Xalçalara qulluq

Xalçalara qulluqXalçalara qulluq etmək onun seçimi kimi məsuliyyətli işdir. Maraqlıdır ki, ən az qulluq tələb edən xalçalar qədim, əntiq xalçalardır. Axı onların hazırlanma prosesinə sınaqdan keçirmə mərhələsi də daxildir. İplikdən və yundan toxunmuş xalçaların sonralar yuyulma prosesində yığılmaması və fiziki təsirlərə qarşı davamlı olması üçün onları isladır, tapdalayır, qurudur və havaya verirdilər. Hərçənd xalçalar uzunömürlülüyü və qulluğun sadəliyi ilə fərqlənsələr də onlar çirklənmədən sığortalanmayıblar. Yun xalçalar bir neçə səbəbdən çirklənə bilər:

Toz, qum, gil və digər bərk zərrəciklər xalçanın xovuna nüfuz edərək ipliyi zədələyə və xalçanın sürətlə dağılmasına gətirib çıxara bilər.
Havada olan yağ zərrəcikləri xalçanın xovuna çökərək tozun yapışmasına və xalçanın rənginin solmasına gətirib çıxara bilər.
Kimyəvi çirklənmənin bəzi tipləri sürətlə xalçaya daxil olur və tez təmizlənsə də xalçanın uzunmüddətli çirklənməsinə və boyanmasına səbəb olur.

Çirklənmədən qorxmamaq və gözəl əşyanı bükülmüş vəziyyətdə saxlamamaq üçün bir neçə sadə qulluq qaydalarına əməl etmək lazımdır:

Rütubətlilik dərəcəsi yüksək olan və zəhərləyici kimyəvi maddələrin istifadə olunduğu yerlərdə xalçanı saxlamaq və döşəmək olmaz;
Xalçanın üzərinə iti ayaqlı mebel qoymayın;
Döşəməyə sərilmiş xalçanı bəzən 90 və ya 180 dərəcə döndərin. Bu, xalçanın daha çox ayaqlandığı yerlərdə onu qeyri - bərabər korlanmadan qoruyar.
Xalçanı divardan asmaq lazım deyil. Döşəməyə sərilmiş xalçalarla müqayisədə divardan asılmış xalçalara toz daha dağıdıcı şəkildə təsir edir.
Xalçaları təbii yolla qurutmaq lazımdır. Bu, xüsusilə yun xalçalara aiddir.
Xalçanı tez - tez astar tərəfdən tozsoranla təmizləyin.

Xalçanın üzərinə tökülmüş istənilən mayeni dərhal təmizləmək lazımdır. Maye xalçanın üzərində nə qədər çox qalsa, ləkənin heç bir iz qalmadan təmizlənmə ehtimalı bir o qədər az olar. Tökülmüş mayeləri hiqroskopik parça ilə yığın, bərk çirkləri isə səliqə ilə qaşıyıb ləkəni təmizləyin. Köhnə ləkələr hətta peşəkarlara başağrısı verir. Ona görə də işlətmə prosesində xalçada yaranmış ləkələri aşağıdakı komponentlərdən istifadə edərək vaxtında təmizləmək lazımdır:

Yuyucu vasitə - xalça üçün neytral, kristallaşdırıcı şampun;
Naşatır spirti (istifadədən əvvəl 2 xörək qaşığı naşatır spirtini 1 litr suda həll etmək lazımdır);
Sirkə esensiyası (iki xörək qaşığına 1 litr su);
Quru təmizlənmə üçün həlledici (ləkəaparan);
Salfet - təmiz ağ parça və ya kağız dəsmal.

Əgər siz yun xalçanın üzərinə qəfildən kofe və ya çay tökmüsünüzsə, ləkəni aşağıdakı üsulla təmizləyin: ləkənin üzərinə ağ, qalın dəsmal qoyub soyuq su ilə isladın. Ləkənin qalmaması üçün əsas şərt onun xalçaya yeridilməməsidir. Maye ləkəni dərhal salfetlə qurudun, bərk kütləni isə yığın. Mayenin axmaması üçün ləkənin qıraqlarına talk və ya nişasta səpib kənarlardan ləkənin ortasına tərəf təmizləməyə başlayın. Xüsusi köpükyaradan vasitələrdən istifadə edib sonra xalçanı qurudun və xovunu bir istiqamətdə hamarlayın.

Maraqlı     Baxılıb: 2481   Tarix: 28 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

turlar.az

toy makiyaji sekilleri geyim necə seçməli yaz geyimleri 2026 qazan kotleti hazirlanmasi aloy gulunun faydasi uşaqları tərbiyə gavalinin xeyri kosmetika yemekler novruz xocali vetene aid atalar sozu kahfe fali