Xalların xaric edilməsi təhlükəlidir

Xalların xaric edilməsi təhlükəlidirOnkoloqlar melanomanı (dəri xərçəngi) "qara kraliça" adlandırırlar.
Bu xərçəng növü çox tez inkişaf edir, sürətlə müxtəlif orqanlara metastazlar verir və bir çox hallarda insanın tez biz zamanda həlak olmasına səbəb olur.
Həkimlərin müşahidələrinə görə, bəzən xalların xaric edilməsi melanomanın inkişafına təkan verə bilər. Bu səbəbdən heç zaman xalı ev şəraitində kəsməyin, yandırmayın, xalın xaric edilməsi üçün xalq təbabəti vasitələrindən istifadə etməyin. Həmçinin xalın kosmetik kabinetlərdə, salonlarda və s. bu kimi yerlərdə xaric edilməsi də çox təhlükəlidir.
Xalın xaric edilməsindən əvvəl mütləq dermatoloq-onkoloqun müayinəsindən keçmək lazımdır. Həkim bu xalla bağlı olan riskin olub-olmamasını təyin edir. Daha sonra xal xaric oluna bilər.
Xalı adi kosmetoloq deyil, həkim-dermatoloq xaric etməlidir. Xaric etdikdən sonra xalın mikroskopik hissəsi laboratoriyaya sitoloji analizə göndərilməlidir. Bu çox vacibdir. Bəzi hallarda belə analiz melanomanı ilkin mərhələlərdə aşkar etməyə və nəticədə insanın həyatını xilas etməyə kömək edir. Əgər analiz nəticəsində melanomaya şübhə yaranarsa, mütləq onkoloqa müraciət etmək lazımdır.
İri (1 sm-dən böyük), "pis" yerlərdə yerləşən (məsələn, qoltuğaltı nahiyəsində, boyunda, pəncədə, üzdə) və nəticədə tez-tez travmalara məruz qalan xalları vaxtında və düzgün xaric etmək çox vacibdir. Bu gələcəkdə melanomanın inkişafının riskini azaldır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1459   Tarix: 13 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

yaz geyimleri 2026 makiyaj etmek qaydalari geyim şəkilləri hamileliyin ilk elameti pehriz xiyar turşusunun hazırlanması qadin.az kosmetika suni mayalanma novruz hakistalari novruz bayramina aid hakistalar ağır itki vətən haqqında bayatılar