Xalq artisti ad gününü Londonda qeyd edir - FOTOLAR
Bu gün "Dünyanın Zeynəbi" kimi adı dillərdə nəğməyə çevrilən Xalq artisti Zeynəb Xanlarovanın 80 illik yubileyidir.
Xalq artistinin yaxınlarının AzVision.az-a verdiyi məlumata görə, Zeynəb Xanlarova doğum gününü ölkədən kənarda qeyd edəcək.
"Zeynəb xanım doğum gününü Londonda qeyd edəcək. O, ailəsi ilə birlikdə İngiltərəyə gedib. Xanım ad günlərini xaricdə qeyd edir. O, Dövlət Televiziyasının bayram tədbirində iştirak edib. Doğum günü ilə bağlı xalq artistinin konserti telekanallarda yayımlanacaq. Zeynəb xanım hər zaman olduğu kimi bu dəfə də doğum gününü ailəsi ilə birlikdə qeyd edəcək. O, həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili də xaricdə qeyd edəcək. Yanvarın ikinci həftəsində ölkəyə qayıdacaq",- deyə Xalq artistinin yaxınları bildirib.
Qeyd edək ki, dekabrın 26-da prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə görkəmli müğənni, Xalq Artisti Zeynəb Xanlarovaya "Heydər Əliyev" ordenini təqdim edib.
Qadinsayti.az kollektivi adından Zeynəb Xanlarovanı doğum gününü münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və xoşbəxtlik arzu edirik.











8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Space TV-də bu veriliş də yayımlanmayacaq
Böyük sağlamlıq faydaları VAR
Anam yaşındasan, ayıb olsun' - FOTO
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI
Madonna xalqdan kömək istəyir
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Həddindən artıq yuxu niyə təhlükəlidir?