Xalq artisti Elinanın intiharı ilə bağlı GÖRÜN NƏLƏR DEDİ: Niyə valideynlər... - SƏRT SÖZLƏR

Xalq artisti Elinanın intiharı ilə bağlı GÖRÜN NƏLƏR DEDİ: Niyə valideynlər... - SƏRT SÖZLƏR"Bir azərbaycanlı, vətəndaş, ana, cəmiyyət adamı və milyonların dilində əzbər "Məktəb illəri" mahnısının bəstəkarı olmağım və ən əsas vicdanım məni bunları yazmağa vadar edir".
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti, görkəmli bəstəkar və millət vəkili Ziyad Səmədzadənin qızı Aygün Səmədzadə sosial şəbəkədə yazıb. O, 8-ci sinif şagirdi Elina Hacıyevanın faciəvi ölümünə münasibət bildirib:
Xalq artisti Elinanın intiharı ilə bağlı GÖRÜN NƏLƏR DEDİ: Niyə valideynlər... - SƏRT SÖZLƏR"Məktəbdə ölüm baş verib. Şagird intihara sürüklənib.Ya da söyülərək, döyülərək yuxarıdan yerə atılıb. "Ailəsində problem, psixoloji vəziyyətində problem" ifadələri altında əslində bir məktəbin daxili problemləri gizlənir. Uşaq intihar üçün niyə məktəbi seçir. Niyə məktəb uşaqlarına "sus" əmri verilib və niyə valideynlər xəstəxanada ölüm ayağında olan övladın yanına buraxılmayıb.
Məktəb ikinci ailədir, evdir deyərdilər. Məktəbdə intihar, məktəbdə əxlaqsızlıq, məktəbdə alver kimi yazı başlıqlarına son zamanlar tez-tez rast gəlinir və hamı oxuyur, izləyir və yan keçir. Hər şeyə ötəri baxa bilərsiniz, gülüb, istehza edib yan keçə bilərsiniz. Uşaq ölümlərindən başqa. Adını intihar, xəstəlik qoysalar belə...
Bu hadisə belə soyuqqanlılıqla yaddaşlardan itə bilməz. İctimaiyyət buna münasibət bildirməlidir. Şəhərin mərkəzində, şəhid Etibar Əliyevin adını daşıyan, Murtuza Muxtarovun inşa etdirdiyi binada yerləşən 100 yaşlı Azəbaycan məktəbində, 162 nörməli təhsil oacağında cinayət baş verib. Bəli, bəli, cinayət... Hər bir intiharın arxasında bir cəza, bir müəmma durur. Susdurulmaq cəhdləri varsa, bu, daha bir cinayətdir.
Bu məktəbdə təcili şəkildə hər sahədə yoxlama aparılmalı, şagird-müəllim-direktor münasibətləri, təlim-tərbiyə metodları araşdırılmalıdır.
Bir mahnıya, kiminsə açıq-saçıq geyiminə, tərbiyəsiz hərəkətinə biganə qalmayıb xərclədiyiniz enerjini bu hadisəyə kökləyin. Reallığa baxın. Həyat sosial şəbəkənin bir dəqiqəlik videoları deyil. O videoların arxasında yüzlərlə günahkar ailə, məktəb, xəstəxana və hüquqları müdafiə etməyə qadir hüquq mühafizə orqanları var. Susmayaq! Şikayət edək! Bu günümüzü, gələcəyimizi qoruyaq!!!
Məktəb böyükdən kiçiyə hamının həyatında var və biganəliklər davam edərsə, belə xəbərlərlə daha tez-tez qarşılaşa bilərik. Susmayaq! Şikayət edək! Etiraz bildirək! Övladlarımızın həyatını, zəkasını, savadını, taleyini müdafiə edək. Bir azərbaycanlı balasının nakam ruhunu şad edək".

Şou Biznes     Baxılıb: 2609   Tarix: 10 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

.

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

.

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

.

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

turlar.az

kosmetika mehsullari hamilelikde qidalanma geyim dəbləri dondurma reseptləri azerbaycan haqqinda qadin dunyasi net zirinc faydalari kosmetika hakıştalar laylalar baliq baldiza aid hakisda bürcler