Xalq artisti: "İtimi ərə vermişəm, ev-eşiyi də var" (VİDEO)

Xalq artisti: "İtimi ərə vermişəm, ev-eşiyi də var" (VİDEO)Heyvansevər məşhurlardan biri də xalq artisti Səməd Səmədovdur. O, 5 dənə nadir cinsdən olan it saxlayır.

BAKU.WS bildirir ki, müğənni ailem.az-a müsahibəsində bildirib ki, bağ evində itləri üçün xüsusi şərait yaradıb. Bu itlərin qiyməti isə heç də ucuz deyil: "Beş dənə labrador cinsindən olan itim var. Böyük, çox ağıllı, kamallı itlərdir. Bilirəm ki, Putin və Obama da labrador cinsini sevirlər. Bu itləri mənə hədiyyə veriblər, Moskvadan gətiriblər. Balaca, bir aylıq labrador min dollardır. İndi artıq böyüyüb, ərə vermişik, iki dənə balası var. Bağın bir hissəsi onlarındır, evləri-eşikləri. Orada ağaclar var, hər şərait düzəldilib".

S.Səmədov itlərinə xüsusi qulluq etdiyini, onlara xüsusi yeməklər verdiyini deyir. Müğənni itləri ilə gözəl və əyləncəli vaxt keçirdiyini də vurğuladı. Hətta gümrah qalmağını itlərinə borclu olduğunu etiraf edir: "Mayın 15-dən havalar bir az isinsin, onları 2 gündən bir qaç-qaça aparıram dənizə, həm özüm çimirəm, həm onlar çimir. 40-45 dəqiqə sudan çıxmırıq. Sonra qaça-qaça gəlirik bağa. 2,5 km yolu gedirik və geri qayıdırıq, olur 5 km. Ona görə mən belə formadayam. Onlara "pediqril", "çapi" yeməkləri verirəm. Hardasa restoranda oturanda yoldaşıma deyirəm ki, artıq qalan sümükləri aparaq itlərə verək. İldə bir dəfə onlara iynə vurdururuq, üç aydan bir qurd dərmanı verirəm, gənə üçün sprey vururam. Yəni ki, təmiz saxlayıram. Çünki mənim 6 nəvəm var, onlar gəlib itlə oynayırlar, gənə keçə bilər. Ona görə mən itlərə super qulluq edirəm".

Yəqin ki, çoxlarınız S. Səmədova Nadir Qafarzadənin itlərini evləndirmək istədiyini xatırlayırsınız. Müğənni bunun bir şou olduğunu açıqladı. O, ötən gün itlərini evləndirən və onlar üçün məclis təşkil edən iş adamının bu addımını da təəccüblə qarşılamadı. Özü itinə təntənəli məclis qurmağı düşünməyən xalq artisti itlərin insana ən yaxın canlı olduğunu deyir: "O, sadəcə, şou idi, guya itlərimizi evləndirəcəyik. Məndə taksa idi, uzun it, onda da yadımda deyil hansı cins idi. Elə-belə qurma idi bu, guya itlərimizi evləndiririk. Alimlər sübut edib ki, insanı nə qədər çox tanıyırsan o qədər itə hörmətin artır. İtdən etibarlı heç nə ola bilməz".

Xalq artisti hətta itinin onun həyatını xilas etdiyini də deyir. Uzun illər əvvəl saxladığı it sahibi üçün canını qurban verib: "Mənim iki itimdən biri 18 il yaşayıb, o biri 14 il. Bir gün darvazanı açanda it qaçıb məni qarşılamağa, maşın onu vurub 10 metr kənara tullayıb. Ağsaqqallar mənə dedi ki, o zərbə mənə dəyə bilərdi, heyvan o zərbəni götürüb özünə".

Xəbərlər     Baxılıb: 1593   Tarix: 26 aprel 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Aşkarlanması illər çəkir: "Kuşinq sindromu" nədir? – Gizli təhlükənin simptomları

Tibbi statistikaya görə, diaqnozunun qoyulması bəzən 3 ildən çox vaxt tələb edən və bir çox fərqli xəstəliklərlə səhv salınan "Kuşinq sindromu" müasir dövrün ən təhlükəli daxili xəstəliklərindən biri hesab olunur

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

turlar.az

geymler 2026 aksessuarlar gözəllik məhsulları zire yagi sac ucun mütləq bilməlisiniz üzdəki ləkələr cennet almasinin hazirlanmasi kosmetika gəncə xlor lekesi lakonizim qu quşu aysel