Xalq artisti Məleykəyə +18 ifadələr işlədən Ramiz Məlik: "Ağzımdan çıxdı"
ARB-də yayımlanan "Səhər-Səhər" verilişinin bugünkü qonaqlarından biri günlərdir xalq artisti Məleykə Əsədova ilə aralarında qalmaqal yaşanan aktyor Ramiz Məlik olub.
Xanim.az xəbər verir ki, verilişdə qonaq qismində iştirak edən yazıçı-jurnalist Qan Turalı hər iki xalq artisti arasındakı təhqirlərlə dolu qalmaqala toxunub. Ramiz Məlik jurnalistin Məleykə Əsədova mövzusuna toxunmasına sərt reaksiyası ilə diqqət çəkib:
"Bu məsələ artıq bitib. Bu, şəxsi məsələdir. Jurnalist tərbiyəsiz olanda, pulunu almaq üçün baxmır ki, qabağında kimdir, onu götürüb verəndə sayta... Əlbəttə ki, bu əxlaqsızlıqdır, jurnalist əxlaqsızlığıdır!"
Aktyorun sərt sözlərinə Qan Turalı "O sözləri siz deməmisiniz ki?" sualı ilə müraciət edib. Ramiz Məlik jurnalistə "Söhbət ondan getmir. Söhbət ondan gedir ki, hörmət lazımdır. Sənətkara hörmət lazımdır! Əgər ağzımnan çıxıbsa, deməli, hirsli olub, o sözləri işlətmişəm. Müzakirə etməyin məni" ifadələri ilə cavab verib.
mənbə: milli.az
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz