Xalq artistindən qızı ilə bağlı ŞOK AÇIQLAMA - "Düşmənli idim, ona görə də.."

Xalq artistindən qızı ilə bağlı ŞOK AÇIQLAMA - "Düşmənli idim, ona görə də.."Bu gün böyük müğənnimiz Flora Kərimovanın doğum günüdür.
Xanim.az bu münasibətlə Flora xanımı təbrik edir və onun APA.TV-yə verdiyi mühaibəni diqqətinizə çatdırır.

"Hərdən adım çəkiləndə təəccüblənirəm. Elə bilirəm ki, o, mən deyiləm. Ekranda özümü görəndə, adım səslənəndə elə bilirəm ki, başqasını çağırırlar". Bu sözləri APA TV-nin efirində yayımlanan "Kimsən sən" verilişinin qonağı, xalq artisti Flora Kərimova qızı Zümrüd xanımın suallarını cavablandıran zaman deyib.

Flora xanım bildirib ki, qızı dünyaya gələnə qədər onun doğulmasını istəməyib: "Bəli, o zamanlar istəmirdim. Amma qızım doğulandan sonra onun şirinliyini gördüm və fikrimi dəyişdim. Qızım dünyaya gələnə qədər gözəl ifalarıma görə həm Emin Sabitoğluna, həm də qızıma borcluyam. İndiyə qədər də qızımın dünyaya gəlməyini istəmədiyimə görə peşmanam".

Flora Kərimova ilk dəfə musiqi festivalında iştirakını və görkəmli bəstəkar Səid Rüstəmovla tanışlığını xatırlayıb: "1957-ci ildə ilk dəfə musiqi festivalında mərhum Səid Rüstəmov adımı eşidib etiraz etdi. Dedi ki, yox, bu adı dəyişmək lazımdır. Mən o saat təlaşa düşüb, hay-küy saldım, dedim, axı bu adı mənə anam qoyub, necə dəyişə bilərəm? Sonra Səid müəllim başımı sığallayıb dedi ki, zarafat edirmiş. O zaman səhnəni bəhanə edib, adımı dəyişəcəklərindən qorxmuşdum".

Müğənni çətin şəraitdə sənəti ilə özünü təsdiq etdiyini deyib: "Məni sənətimə qiymət verən millətim təsdiq etdi. O zaman çətin həyatım var idi, övladlarım da bunun şahididirlər. Həm millətimin, həm də övladlarımın gözündə öz qiymətimi vermək, millətimin verdiyi dəyərin səviyyəsində qalmaq mənim borcum idi. Əgər bunu edə bilməsəydim, indiki hörməti də görməzdim".

Flora Kərimova həyatının ən çətin dövründə belə özünün və qızının cəmiyyətdə hörmətsizlik görmədiyini deyib: "Mən heç vaxt sürünən, yaltaq, zəif, özünü müdafiə etməyi bacarmayan ana olmamışam. Hətta ən çətin günlərimdə, qəzetlərdə, efirlərdə təhqir olunanda belə qızım məktəbdə hörmətlə qarşılanırdı. Həmişə mənə sataşanların cavabını vermişəm. Artıq eyni sözləri deməkdən yorulmuşam. Lap tutaq ki, cavab vermədim, yaltaqlandım və bununla da nəyəsə sahib oldum, bəs sonra? Bu günə qədər köhnə maşında gəzirəm. Mən təzə maşında oturmaqdan belə utanıram".

Xalq artisti bir zamanlar dost olub, sonradan düşmənə çevrilən sənət yoldaşlarından da söz açıb: "Mən insanların üzünə gülə bilərəm. Amma heç vaxt dostum olmayıb. Taleyimin mürəkkəb qismətində dost yoxdur. Sadəcə, ocağıma gəlib, burada isinmək istəyən, can yandıran insanlar olub. Ancaq tale mənə elə dərs verib ki, heç kimə inanmamışam. Qeyri-səmimiliyi sevmirəm. Axı satqınlıq görəndə nə etməli idim? Necə yalan danışım? Özümə bir cür münasibət bəsləyib arxamdan bıçaq zərbəsi vururlar. O vaxtlar millətimdən başqa arxa-dayağım yox idi. O qədər yazıq, tənha, kimsəsiz günlərim olub ki... Amma hər zaman özümdə mübarizəyə güc tapmışam. Atası dünyadan köçəndə qızımın 6 yaşı var idi. Bir gecə gözünü açıb məndən atasını xəbər aldı. Dedim ki, artıq atan yoxdur. Ömür boyu narahatçılıqla yaşamışam. Çünki düşmənli idim".

Bütün bu çətinliklərə baxmayaraq, Flora xanım heç vaxt həyatdan küsmədiyini deyib: "Heç vaxt dünyaya gəldiyimə peşman olmamışam. Bəzən səhərin açılmamasını istəmədiyim vaxtlar olub. Amma heç nəyə baxmayaraq, doğulduğum gündən nəvaziş görmüşəm. Əgər mən olmasaydım, bu səsin sahibi kim olardı?"

Xalq artisti səsi ilə qürur duysa da, özünü dinləməyi sevmədiyini etiraf edib: "Haradasa öz səsimi eşidəndə xoşuma gəlmir. Əgər kobud çıxmasa, ətrafdakılara deyirəm ki, kəsin bunun səsini. Mən öz səsimi dinləməyi sevmirəm".

Sənətkar məşhurluğunun ona mane olmadığını deyib: "Həyatda mənə məşhurluğum yox, prinsipiallığım, bəlli mövqelərim mane olub"

Xəbərlər     Baxılıb: 2276   Tarix: 23 iyul 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

gozel gorunmek toy gecesi geyim seçimi seksual fotolar morugun faydasi günay musayeva yemisan faydasi kosmetika hakisdalar yumurta yuxuda qara ilan gormek hakistalar novruza aid