"Xaraba Qarayev xəstəxanasında uşağıma at dozasında antibiotik vurmuşdular" -Aytac dünyasını dəyişdi

"Xaraba Qarayev xəstəxanasında uşağıma at dozasında antibiotik vurmuşdular" -Aytac dünyasını dəyişdiDünən gecə Türkiyəyə çatdırılmadan atipik pnevmaniyadan həyatını itirən 7 yaşlı Aytacın anası Raya Cəfərzadə sosial şəbəkədə övladının xəstəliyi və ölüm səbəbi barədə açıqlama verərək, valideynlərə səslənib.

BiG.AZ medicina.az-a istinadən həmin paylaşımı təqdim edir:

"Qızım fevralda yüngül pnevmaniyadan müalicə aldı, sonra rentgen təmiz göstərdi. Biz də sakitləşib oturduq. Mart, aprel, may ayına kimi heç bir şikayət olmadı. Mayın 15-dən adi öskürək başladı. 1 həftə temperatur 37 oldu. Müalicə aldıq, xeyri olmadı. Qarayev adına uşaq xəstəxanası-xarabaya getməzdən 3 gün qabaq hərarət 40-a çatdı. İshal, qusma başladı, huşu bulanıq idi.

Gecə ilə qızımı Razində 5 saylı infeksion xəstəxanaya apardıq. Dedilər, meningitə oxşayır. Təcili yardımla göndərdilər Qarayev xarabasına. Uşaq bütün gecəni sistem aldı, səhərə özünə gəldi. Bizi Akif həkimin mədə-bağırsaq şöbəsinə köçürdülər. 3 gün yatdı, ishal, qusma durdu. Temrepatur 37-ə endi. Dedilər ki, uşağın immuniteti çox zəiflədiyi üçün somatik şöbəyə keçirək. Bütün müayinələrdən keçdik, hər şey təmiz çıxdı, bircə ağciyərlər yox. Diaqnoz: ikitərəfli pnevmaniya.

Somatik şöbənin müdiri Gülnarə bir torba dərman yazdı, Akif həkim bir torba dərman tazdı. Antibiotiklər olundu. Uşağımın temperaturu düşmürdü. Apardılar aerozola. Balamın halı lap pisləşdi. Palatada qıcolmalar keçirməyə başladı. 8 yaşına kimi bir dəfə sudurqa keçirtməyən balam qucağımda kömək axtardım. Şöbənin işçiləri handan-hana gəlib maqnezium vurdular. Gördülər düzəlmir, qaçdım reanimasiyaya. Orda uşağa sistem, oksigen verdilər. Balamın beyni yatmışdı.

Reanimasiyada qaldığımız gecə uşağın sidik kisəsi dolub, beyinə siqnal çatmadığından boşala bilmir. O boyda xarabada kateter qoyan yoxdur.
Gecə ilə semaşkoya gedib uroloq gətirmişəm, kateter alıb verdim, sidik kisəsi boşaldı. Amma nə fayda, balamın beyni söndü, komaya düşdü. Kənardan həkim gətirməyə icazə vermədilər.

Yanaşı palatada imkanlı adam üçün Gülhanədən həkim gəlmişdi, yalvardım ki, uşağa baxsın. Baxan kimi dedi ki, uşağı burdan çıxar, öləcək.
Təcili özəl xəstəxana axtardım. MediClub-un reanimasiyasını güclə razı saldım. Onlar uşağı təcili MediClub-a apardılar. 4 gün sonra komadan çıxdı qızım. Ancaq ağciyərlərin biri tamam sıradan çıxıb, digəri 30% işləyirdi.

Xaraba Qarayev xəstəxanasında uşağa at dozasında antibiotiklər vurmuşdular: amikasin, seftriakson, gentamisin.
Türkiyədən gələn həkimlər təcili EKMO aparatı məsləhət gördülər. O da Bakıda yox idi. " Uşaqların sağıam gələcəyi fondu" mənə dəstək oldu, balam üçün yardım kampaniyasında 30 min dollar yığıldı.

Artıq axşama uçmağa hazırlaşırdıq ki, Aytacın halı qəfil pisləşdiyindən həkim uçuşa icazə vermədi.
Məcbur olub Türkiyədən tibbi ekipaj və təyyarə ilə aparatı gətirməli olduq. Bunun üçün də 20.000 avro dedilər. Dünyam qaraldı. Amma bilirdim ki, yardımlar gəlir, düzələrdi. Amma Aytacımın təzyiqi 37, ürək ritmi 200 oldu, sepsis başladı. Nə etdilərsə, vəziyyətdən çıxara bilmədilər.
Balamı ürək aparatına qoşulu evə gətirdilər Klinikada 4 dəfə özümdən getmişəm deyə bunlardan xəbərim olmadı.
Evdə gözünü yumanda gözü açıq idi, məni gözləyirdi.

Sizlərə yalvarıram, Qarayev adına uşaq xəstəxanasına getməyin, ora morqdur. Balamı orda başda Camal Azizov adlı biri olmaqla daha da pis edib verdilər mənə. Antibiotikdən qaçın. Adi öskürəyi də boş buraxmayın. Özü keçər deməyin. Mən balamı itirdim, siz itirməyin".

Xəbərlər     Baxılıb: 2706   Tarix: 09 iyun 2018
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

adlarin menasi gozel gorunmek qis geyimləri 2026 qadın hüquqları kliniki ölüm qargidali salati türk mətbəxi kosmetika oxu az toy gecesi şirin qoğal aybawi rus dili 2ci ders