Xardalın faydaları

Xardalın faydalarıXardal boyu 40-50 santimetrə qədər qalxa bilən birillik xardal bitkisinin kökündən hazırlanan ədviyyatdır. Bu bitkinin düz və çıplaq budaqları olur. Belə ki, xardalın budaqları uzandıqca onun üstündəki yarpaqların sayı azalır. Xardalın çiçəkləri sarı rəngdə olur və çiçəklər töküldükdən sonra onların yerində toxumlar formalaşır. Xardal bitkisinin ağ, qəhvəyi və qara növləri var.
Xardalın növləri bitdiyi yerlərin iqliminə uyğun olaraq rənglərini dəyişir. Xardala Himalay dağlarında, Şərq ölkələrində, Avropa ölkələrində rast gəlinir. Əsasən xardalın toxumlarından istifadə edilir. Xardal toxumlarından 5000 il əvvəllər də istifadə edilməsinə dair yazılara rast gəlinib. Onu texniki işlməmədən keçirdikdən sonra xardal yaxması hazırlayırlar. Bütün marketlərdə xardal yaxması satılır. Ondan ətlərin, sousların, balıq və toyuq məhsullarının dadlandırılması üçün istifadə edilir. Xardal toxumlarının 25-35%-ni yağlar təşkil edir. Yağları toxumların sıxılmasından alırlar. Bu yağların tərkibi müxtəlif efir yağlarından, allilxardal yağlarından(40%), krotonilxardal yağından və s. yağlardan təşkil edilib. Xardal toxumlarının sıxılmasından alınan quru qalıqlardan xardal tozu hazırlanır. Xardal tozundan revmatizma əleyhinə plastrların hazırlanmasında istifadə edilir.
Xardal yağı və ya onun yağlarından hazırlanan məhsullar iştahanı artırır və mədə şirəsinin 8 dəfə çoxalmasına səbəb olur. O qidanın tez həzm olunmasına yardım edir, orqanizmə iltihab əleyhinə, antioksidant və qəbizlik əleyhinə təsir göstərir. Bu ədviyyat orqanizmdə olan toksinləri neytrallaşdırır, mədədə olan narahatçılıqları aradan qaldırır. Amma, onu çox qəbul elədikdə mədənin selikli qişasını qıcıqlandırır. Alimlər xardalın müalicəvi xüsusiyyətlərə malik olduğunu sübut etmişlər. O həzm prosesini yaxşılaşdırır, yağların sorulmasını sürətləndirir, bağırsaq fəaliyyətini normallaşdırır. Xardal yemək yaşlı insanlarda bağırsaq fəaliyyətinin yaxşılaşmasına səbəb olur.
İştahası olmayan uşaqlara az miqdarda xardal vermək onlarda iştahanın artmasına səbəb olur. Ürək-damar xəstəlikləri, revmatizm, qaraciyər, böyrək xəstəlikləri, ateresklerozdan əziyyət çəkıənlərə xardaldan istifafdə etmək çox faydalıdır.
Xardaldan hazırlanmış preparatlar dəridə qıcıqlanmaların əmələ gəlməsinə səbəb olur. Onun uçucu buxarı antibakterial, fitonsid təsirə malikdir. Onun bu xüsusiyyətindən qida məhsullarının saxlanılmasında istifadə edilir.
Xardalı ağrayan, şişən nahiyələrə qoymaq əlamətlərin azalmasına səbəb olur. Qulaqdibi xəstəliyi zamanı onu ağrıyan nahiyəyə qoymaqda fayda var.
Xardal sümük hüceyrələrini möhkəmləndirir, cinsi zəifliyi aradan qaldırır, uşaqlığı sağlamlaşdırır. Zəhərlənmələr zamanı xardal yemək zəhərlənmə əlamətlərini azaldır. Xardal görmənin yaxşılaşmasına səbəb olur.
Xardalın zərərli xüsusiyyətləri
Böyrək və vərəm xəstəlikləri zamanı xardaldan hazırlanmış preparatlardan istifadə eləmək olmaz. Həddindən çox xardal yemək mədə-bağırsaqlarda qıcıqlanmalara səbəb ola bilir. Ürək-damar xəstələri, yüksək təzyiqdən əziyyət çəkənlər xardal yeyərkən onun miqdarına nəzarət eləməlidirlər
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1249   Tarix: 26 aprel 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı

İnsan orqanizmindəki orqanlar eyni sürətlə yaşlanmır. -a istinadən xəbər verir ki, bu barədə həkim-onkoloq İlya Kolışev məlumat verib. Mütəxəssisin sözlərinə görə, məhz buna görə də orqanizmin bioloji yaşı ayrı-ayrı orqa

.

Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları

Xroniki yorğunluq sindromu (həmçinin "Mialgik Ensefalomielit" adlanır) istirahətlə keçməyən, gündəlik fəaliyyətləri ciddi şəkildə məhdudlaşdıran dərin fiziki və zehni yorğunluğa səbəb olan mürəkkəb və uzunmüddətl

.

Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı

Hər saatda cəmi beş dəqiqəlik qısa fasilə vermək uzun müddət oturmağın sağlamlığa mənfi təsirlərini azaltmaq üçün ən təsirli üsullardan biri hesab olunur. "British Journal of Sports Medicine" jurnalında dərc oluna

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xiyarın möcüzəvi faydaları

Yay mövsümünün ən çox istehlak olunan tərəvəzlərindən biri olan xiyar təkcə sərinləşdirici təsiri ilə deyil, həm də sağlamlığa verdiyi saysız-hesabsız faydalarla diqqət çəkir. Tərkibinin təxminən 95-97 faizi sudan ibarə

.

Yuxu üçün ideal otaq temperaturu neçədir?

Yuxu üzrə mütəxəssis Brayan Çen rahat və keyfiyyətli yuxu üçün ideal otaq temperaturunu açıqlayıb. xəbər verir ki, bu barədə " məlumat yayıb. Mütəxəssis bildirib ki, ideal temperatur 15,5-19,4 dərəcə arasında olmalıdır

.

Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir

Boğaz ağrısı daha çox qış aylarında rast gəldiyimiz bir sağlamlıq problemi kimi görünsə də, kondisioner və ya ventilyator qarşısında uzun müddət qalmaq, yaş saçla gəzmək və çox soyuq su içmək kimi bəzi səbəblər yay aylarınd

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

turlar.az

gozel gorunmek kosmetik vasiteler donlar 2026 qaymaqlı krem dini qadin geyimleri körpə və ona qulluq cizgi filmləri kosmetika pizza muellim seiri sevda qardasa aid haxistalar veten seirleri