Xaşxaş haqqında

Xaşxaş haqqındaXaşxaş ot bitkisi olub xaşxaşkimilər fəsiləsinə aiddir. Bu bitkinin birillik və ikiillik növləri var. Onun kökü yaxşı inkişaf edir, amma bəzən kökü zəif inkişaf etmiş növlərinə də rast gəlinir. Xaşxaş bitkisindən ağ və ya narıncı rəngdə süd ifraz olunur. Xaşxaşın yarpaqları uzunsov və zərif tüklü olur. O tək, iri, qırmızı və ya sarı rəngdə çiçək açır. Xaşxaşın çiçəkləri laləyə bənzəyir. Onun qırmızı ləçəklərinin üstündə nazik sapabənzər qara xəttlər olur və ləçək boyu uzanır. Çiçəkləri töküldükdən sonra düyməyəbənzər bənzər dairəvi artım əmələ gəlir və bunun içərisində 3-25 ədəd xaşxaş toxumu ola biir. Bu çiçək həşəratlar vasitəsilə tozlanır. Onun bəzi növləri öz-özünə tozlanmaq qabiliyyətinə malikdir, bəzən toxumları özü ətrafa səpələnərək çoxala bilir. Xaşxaş subtropik, mülayim və bəzən soyuq bölgələrdə yetişə bilir. Əksər hallarda isə xaşxaş nəmlik olmayan yerlərdə daha yaxşı yetişir.  Xaşxaşın ən geniş yayılmış növlərinə aşağıdakılar aiddir:
* Papaver rhoeas - özüyetişən xaşxaş növüdür və sahələrdə, yol kənarlarında bitir.
* Papaver onentale - şərq xaşxaşı sayılır, meşələrdə, subtopik Alp bölgələrində, əsasən də Qafqazda bitir.
* Papaver nudikaule - ən çox Şərqi Sibirdə, Altayda və Orta Asiyada bitir.
Xaşxaşı çiçəkləri tökülüb, baş hissəsində düyməyəbənzər hissəsi əmələ gələn zaman toplayırlar. Toplanmadıqda həmin hissə özü quruyur və ətrafa toxumlarını tökür. Bunun baş verməsini istəmədikdə isə xaşxaşın baş hissəsini götürüb toxumlarını kərarda yığmaq lazımdır. Toxumlarının kənarlara sıçramaması üçün isə həmin hissədən kiçik bir dəlik açıb, toxumları kağızın üstünə yığmaq lazımdır. Xaşxaş kolunun qurutmaq istədikdə onu isti havada altaçıqdan asmaq lazımdır. Xaşxaşın yetişdirilməsində Çexiya birinci yerdə durur. Sonrakı yerləri isə Türkiyə, Fransa, Almaniya, Macarıstan, Avstrya, Rumunya, Niderland, Fələstin, Serbiya tutur.
Xaşxaşın faydalı və müalicəvi xüsusiyyətləri
Müxtəlif məqsədlərlə bitkinin müxtəlif hissələrindən istifadə edirlər.
Qida sənayesində xaşxaşın xırda toxumlarını müxtəlif şirniyyatların üstünə səpirlər. Ən çox da onun toxumları çörək məmulatlarının üstünə səpilir. Bu qidalara xüsusi dad və qoxu bəxş edir. Xaşxaş toxumunun tərkibində 60% yağlar, zülallar və müxtəlif növ şəkər var. Onun ləçəkləri C vitamini, 20-yə yaxın alkoloid, flavonoid, antosianlar, qlükozidlər və təbii turşularla zəngindir. Bu bitkinin tərkibində çoxlu miqdarda opium vardır ki, bu da güclü narkotik sayılır. Qədim zamanlarda xalq təbabətində xaşxaşın bütün hissələrindən istifadə edilib. Onun kökündən hazırlanmış dəmləmə sinir düyünlərinin iltihabi xəstəlikləri zamanı, baş ağrılarında istifadə edilib. Bəzən ondan qurd əleyhinə müalicə vasitəsi kimi də istifadə edilib. Bronxitin müxtəlif formalarının müalicəsi zamanı da xaşxaş kökünün dəmləməsindən geniş istifadə edilib.
Oynaq ağrıları zamanı xaşxaş bitkisinin dəmləməsini kompres şəklində ağrıyan nahiyəyə qoymaq sakitləşçdirici təsir göstərir.
Xallardan xilas olmaq məqsədilə uzun müddət xalın üstünə xaşxaş dəmləməsini kompres şəklində qoyub bağlamaq xalın həcminin kiçilməsinə səbəb olur.
Körpə xaşxaşın toxumlarının və ya zoğlarının şirəsini sıxıb içdikdə orqanizmdə aşağıdakılar baş verir:
* orqanizm sakitləşir
* ağrılar azalır
* stress aradan qalxır
* yuxu normallaşıdr
* qəbizlik aradan qalxır.
Balla xaşxaşın qarışımımından dadlı maddə alınır. Bu maddə orqanizm üçün çox faydalıdır.  Xaşxaş insan orqanizminə sakitləşdirici, yuxugətirici və rahatlaşdırıcı təsir bağışlayır. O orqanizmi bir çox ağrılardan xilas edir.
Xaşxaşin zərərli və təhlükəli xüsusiyyələri
Müalicə məqsədilə xaşxaşdan istifadə etmək istədikdə mütləq həkimlə məsləhətləşmək lazımdır. Xaşxaşın tərkibindəki opium asılılıq yarada bilir, çünki güclü narkotik sayılır. Həkimlər xaşxaşdan qida və ya müalicə məqsədilə istifadə edənlərə sükan arxasına oturmağı məsləhət bilmir. Ondan hazırlanmış preparatlardan yaşlıların və 2 yaşına qədər uşaqların istifadə eləməsi tövsiyə edilmir. Xaşxaş yetişdirmək qadağandır və bununla məşğul olanlar cinayət məsuliyyətinə cəlb olunurlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1991   Tarix: 20 sentyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

qaşların formalari yay geyimləri 2026 sac duzumleri elaci aciq zedelenmeler yaralar sizanaqlara qarsi dəri və saç kosmetika irem derici bayatilar gunay novruz atalar sozleri