Xatirə arıqlaması ilə bağlı iddialara cavab verdi
Müğənni Xatirə İslam bir vaxtlar çox çəki almasının səbəbini açıqlayıb.
azxeber.com Axsam.az-a istinadən xəbər verir ki, sənətçi səhhətində olan problemə görə müalicə aldığını və çəkisinin artdığını deyib. "Günün sədası" verilişində qonaq olan Xatirə mülaicəni dayandırdıqdan sonra çəki atdığını bildirib:
"Səhhətimlə əlaqədar müalicələr alırdım. O müalicələrlə arıqlamaq da olmazdı. Bu səbəbdən müalicələri kənara qoydum. Bundan sonra arıqlamağa başladım".
15 kiloqram çəki atan ifaçı pəhrizini açıqlayıb:
"Dörd aydır ki, çörəyə, şirniyyata əlimi uzatmıram. Yağlı yeməklər yemirəm. 15 kiloqram çəki atdım. Əməliyyatsız, sırf pəhriz saxlamaqla bu nəticəni əldə etdim. Xüsusi pəhrizim də yoxdur.
Daha əvvəl 9 saat əməliyyatda qalmışam. Qardaşımın toyu olan zamanı 57 kiloqram idim. İndiki çəkimdən 7 kiloqram az idim. Amma həmin əməliyyatdan sonra yenə də yeməyə başladım və kökəldim".
Xatirə bildirib ki, bir müddət əvvəl etdirdiyi əməliyyat plastik yox, sağlamlıqla bağlı olub:
"Süd vəzimdəki problemlə əlaqədar əməliyyat olunmuşdum".









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin