Xərçəng halları niyə atır? - SƏBƏBLƏR

Xərçəng halları niyə atır? - SƏBƏBLƏRÜmumdünya Səhiyyə Təşkilatı məlumatına görə, hər il dünyada təxminən 20 milyon yeni xərçəng halı qeydə alınır, 10 milyona yaxın insan isə bu xəstəlik səbəbilə həyatını itirir. 
Milli.Az xəbər verir ki, türkiyəli onkoloq Dilşən Çolak bildirib ki, müasir tibbdə xərçəng artıq tək bir xəstəlik kimi deyil, müxtəlif bioloji xüsusiyyətlərə malik xəstəliklər qrupu kimi qiymətləndirilir.
Onun sözlərinə görə, bu səbəbdən hər bir xəstəyə fərdi yanaşma vacibdir.
Həkim qeyd edib ki, xərçəngin müalicəsi yalnız fiziki deyil, həm də psixoloji və sosial aspektlər nəzərə alınaraq aparılmalıdır və bu baxımdan multidissiplinar yanaşma mühüm rol oynayır.
Erkən diaqnozun əhəmiyyətinə toxunan mütəxəssis vurğulayıb ki, xəstəliyin ilkin mərhələdə aşkarlanması müalicə şansını xeyli artırır. O əlavə edib ki, xüsusilə süd vəzi, uşaqlıq boynu və kolorektal xərçənglər skrininq proqramları vasitəsilə erkən mərhələdə aşkar edilə bilər.
Həkimlər xərçəngin yalnız müalicə edilən deyil, həm də qarşısı alına bilən xəstəlik olduğunu bildirirlər. Sağlam qidalanma, müntəzəm fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaq riskləri əhəmiyyətli dərəcədə azaldır.
Risk faktorları arasında isə ultra emal olunmuş qidaların tez-tez qəbulu, siqaret, alkoqol istifadəsi, hərəkətsiz həyat tərzi və piylənmə xüsusi yer tutur.
Son illərdə xərçəng müalicəsində də mühüm yeniliklər qeydə alınıb. Həkimlərin sözlərinə görə, artıq klassik kimyaterapiya ilə yanaşı, hədəfli müalicələr, immunoterapiya və "ağıllı dərmanlar" geniş tətbiq olunur. Bununla belə, hər bir müalicə üsulu bütün xəstələr üçün uyğun hesab edilmir və terapiya planı fərdi qaydada müəyyənləşdirilir.
Mütəxəssislər ailə dəstəyinin və ictimai maarifləndirmənin də vacib olduğunu qeyd edərək, hər kəsi yaş və risk qrupuna uyğun olaraq mütəmadi tibbi müayinələrdən keçməyə çağırırlar.
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 939   Tarix: 04 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

turlar.az

gözəllik məhsulları toy makiyajlari makiyaj etmek qaydalari bürclər sufle hazirlanmasi serebral iflic usaqlar nişanlılıq kosmetika turpun nağlı novruz bayramı haxışta oğlan evine aid hakisda ariqla xərçəng bürcü