Xərçəng şişlərinin 100 illik sirri açıldı
Onkologiya ilə mübarizədə tibb elmi böyük bir yenilik edib.
Belə ki, şişlər barədə düşünülən 100 illik sirr çözülüb.
Milli.Az xəbər verir ki, ABŞ Memorial onkoloji mərkəzinin alimləri sirli Varburq effektinin izahını tapıblar.
Varburq nəzəriyyəsinə görə, şiş hüceyrələri sağlam hüceyrələrdən fərqli enerji hasil edir.
1921-ci ildə Nobel mükafatı laureatı alman alim Otto Varburq aşkar edib ki, şiş hüceyrələri enerji almaq üçün şəkəri yandırmır, qlükozanı süd turşusuna çevirməklə fermentasiya ilə enerji hasil edir.
Bu vəziyyət hüceyrələrin energetik stansiyası hesab edilən mitoxondriyaların zədələnməsi ilə əlaqələndirilirdi.
Lakin sonradan elm sübut etdi ki, mitoxondriyalar düzgün fəaliyyət göstərir
Yeni elmi tədqiqatda alimlər bu effektlə şiş hüceyrəsində olan siqnal molekulu - kinaza P13 arasında əlaqəni tapıblar.
Məhz bu ferment hüceyrələrin böyüyüb artmasında rol oynayır.
Məlum olub ki, şiş hüceyrələri yerindən hərəkət etməyə başlayanda və Varburq sisteminə görə metobolizm baş verəndə, kinazanın səviyyəsi artır. Bu isə hüceyrənin daha çox sayda bölünməsinə səbəb olur.
Mutant hüceyrələr bu mexanizmdən istifadə etməklə çoxalır.
Bu elmi kəşfə görə şiş hüceyrələri ilə mübarizədə gəmin fermentin bloklanması üzərində çalışmaq olar. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI