Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıb

Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıbQırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır.
Milli.Az report.az-a istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilüfər Avcı çıxış edib.
Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir. Nilüfər Avcı artıq çəki və qeyri-kafi fiziki fəaliyyətin döş, uşaqlıq yolu, qida borusu xərçəngi xəstəliyinə səbəb ola biləcəyini vurğulayıb.
O, qeyd edib ki, duzlu ət bağırsaq xərçəngi riskini artırır. Sağlam qidalanma və idman vərdişləri ölümcül xəstəliklərə qarşı ən güclü sipərdir. Onkoloq balıq əti istehlakının xərçəng xəstəliyi riskini azaltdığını vurğulayıb.
"Bir sıra qidalarda zəhərli komponentlər var. Həmin komponentlərin bəziləri bişirmə üsullarından asılı olaraq orqanizmə zərərli formada daxil olur. Bunlardan bəziləri kənd təsərrüfatında istifadə olunan pestisidlərin, kimyəvi maddələrin, kimyəvi gübrələrin və parazit pestisidlərin qalıqlarıdır. Bu kimyəvi maddələrin qidadakı qalıqları insan sağlamlığı üçün son dərəcə zərərlidir.
Pestisidlərin ilk qurbanları bu təhlükədən xəbərsiz fermerlər olur. Məhsul yığımının sonunda məhsulların saxlanması, mühafizəsi, emalı və təmizlənməsi texnikası son dərəcə vacibdir. Bu mərhələlərdə edilən səhvlər sağlamlığımız üçün lazım olan qidaları zərərli elementlərə çevirə bilər", - onkoloq vurğulayıb.
Onun sözlərinə görə, orqanizmin su və mineral ehtiyacları balanslı şəkildə qarşılanmalıdır:
"İnsanın gündəlik su tələbatı 2,5 litrdir. Bunun 1 litrini istehlak etdiyimiz qidalardan aldığımız halda, qalan 1,5 litrini içkilərdən almalıyıq.
Gündə az 4 porsiya meyvə qəbul olunmalı, mövsümi meyvələrə üstünlük verilməlidir. Meyvələr müxtəlif qidaların, yeməklərin tərkibində qəbul olunmalıdır. Gündə bir və ya iki porsiya tərəvəz, azı bir porsiya bişmiş tərəvəz istehlak edilə bilər", - o deyib.
Onkoloqun sözlərinə görə, noxud, paxlalı bitkilər qırmızı ətdən daha çox istehlak edilməlidir. Balıq əti isə həftədə azı bir, mümkünsə hətta iki və ya üç dəfə istehlak olunmalıdır: "Tərkibində süni dadverici olan bütün içkilərin qəbulunda çəkinmək lazımdır. Yaşıl yarpaqlı tərəvəzlər, xüsusən portağal və ispanaq antioksidant təsir göstərən beta-karoten və digər maddələrlə zəngindir".
Aralıq dənizi ölkələrində zeytun yağının daha çox istehlak edildiyini bildirən mütəxəssis polifenol istehlakının xərçəngə tutulma və ürək-damar xəstəlikləri səbəbindən ölüm hallarının sayını azaltdığını vurğulayıb: "Soğan və sarımsaq çox istehlak edilməlidir. Soğan və sarımsaq güclü kanserogenlər olan maddələrin zərərsizləşdirərək bizi xərçəng xəstəliyindən qoruyur. Moruq, çiyələk və qaragilə antikanserogen olan largik turşusu ilə zəngindir. Təbiətdəki bir çox qida mənbələri insanın inkişafı üçün lazımdır".
"Sağlam yaşamaq üçün sağlam yaşamağı öyrənmək lazımdır. İdmanla məşğul olmalı, zərərli vərdişlərdən, stresdən uzaq durmalı, gündəlik normaya uyğun dincəlməli, müxtəlif hobbilərlə məşğul olmalıyıq. Unutmayaq ki, bizi xərçəng xəstəliyindən qoruya və ya xərçəngimizi sağalda biləcək tək bir qida yoxdur", - o əlavə edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1317   Tarix: 28 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

toy gecesi sade makiyaj sekilleri geymler 2026 vetene aid bayatılar goy qursagi nece yaranir nagillar atalar sozleri ana haqqinda kosmetika kökəlmək üçün azerb clpaq qadinlari olumu novruza aid hakışta bayatılar