Xərçəng xəstəliyinə tutulmuş azərbaycanlı məşhurlar - FOTOLAR

Xərçəng xəstəliyinə tutulmuş azərbaycanlı məşhurlar - FOTOLARBəşəriyyətin ən böyük bəlalarından biri olan xərçəng xəstəliyi Azərbaycan səhnəsindən də uzaq keçməyib. Bu xəstəlikdən əziyyət çəkən, buna qarşı mübarizə aparan və bu xəstəliyə qurban gedən aktyor və aktrisalarımız olub. Maraqlıdır, bu xəstəliyin səhnəmizdən apardığı aktyorlarımız kimlərdir? İndi kimlər bu xəstəliklə birlikdə səhnədə oynayır?

Xanim.az axar.az-a istinadən xəbər verir ki, məşhur Azərbaycan sovet aktrisası, Azərbaycan SSR-ın əməkdar artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, gözəl sənətkar Vəfa Fətullayeva gənc yaşında bu xəstəliyə düçar olub. Uzun müddət xərçənglə mübarizə aparan gözəl sənətkar 41 yaşında dünyasını dəyişib.
Azərbaycan kino rejissoru və aktyoru, ssenari müəllifi, Azərbaycanın əməkdar artisti, mərhum dəyərli sənətkar Şahmar Ələkbərov da xərçəng xəstəliyinə tutulan sənətkarlardandır. O, uzun müddət dil xərçəngindən əziyyət çəkib. Aktyor 1992-ci ildə 48 yaşında Bakıda vəfat edib.
Sovet və Azərbaycan kino və teatrının əvəzedilməz aktyoru, əməkdar artist Hamlet Qurbanov da uzun müddət xərçəng xəstəsi olub. Aktyor 1995-ci ildə, 55 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ələsgər Məmmədoğlu qaraciyər xərçəngindən əziyyət çəkib. Aktyor öldüyü günə qədər xərçəng xəstəsi olduğunu bilməyib. Bir müddət müalicə alan sənətkar 2015-ci il dekabrın 21-də 69 yaşında vəfat edib.

Xərçəng xəstəliyinə tutulmuş azərbaycanlı məşhurlar - FOTOLARƏməkdar artist, Musiqili Teatrın aktrisası Xanım Qafarova uzun müddət süd vəzisi xərçəngindən əziyyət çəkib. O, 2014-cü il iyulun 11-də, 47 yaşında bu xəstəlik səbəbilə dünyasını dəyişib.

Xərçəng xəstəliyinə tutulmuş azərbaycanlı məşhurlar - FOTOLARGözəl aktrisamız, əməkdar artist Gülnar Salmanova da 2015-ci ildə uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.

Lakin sevindirici haldır ki, zamanında bu xəstəliyə düçar olub, sonradan aldıqları müalicə və göstərdikləri əzm səbəbindən xərçəngə qalib gələn sənətçilərimiz də var.

Onlardan biri də əməkdar artist, sevilən aktrisa Kübra Əliyevadır. Kübra xanım uzun illər süd vəzisi xərçəngindən əziyyət çəkib. Ağır əməliyyatlar keçirən K.Əliyevanın müalicələri hazırda da davam edir. Aktrisa hətta müalicəsi zamanı saçlarını da tamamilə qırxdırmağa məcbur olmuşdu.
Xərçəng xəstəliyinə tutulmuş azərbaycanlı məşhurlar - FOTOLARƏməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova da süd vəzisi xərçəngindən əziyyət çəkib. Uzun illər əvvəl Moskvada ağır əməliyyat keçirən H.Nəsirova hazırda səhnədədir və sənət fəaliyyətini davam etdirir.
Əməkdar artist Kəmalə Müzəffər də xərçəng xəstəliyi ilə mübarizə aparan məşhurlardandır. Onun üz nahiyyəsində bazalioma (ən çox yayılan dəri xərçəngi) aşkarlanıb. Əməliyyat keçirən aktrisa, mütəmadi olaraq həkim müayinə və nəzarətindən keçir.

Əməkdar artist Coşqun Rəhimov da neçə illərdir qalxanabənzər vəzinin xərçəngi ilə mübarizə aparır. Aktyor üç dəfə əməliyyat olunub və hazırda vəziyyəti normaldır.

Xəbərlər     Baxılıb: 2118   Tarix: 09 oktyabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

adlarin menasi toy makiyaji sekilleri sac duzumleri veten haqqinda atalar sözləri qadın dünyası anaya aid atalar sozu kakos yagi kosmetika maska qadin saglamlig insan badambura qadin.az