Xərçəngdən öncə gələn xəstəliklər açıqlandı
Araşdırmaçılar bir sıra infeksion xəstəliklər, həmçinin növbəti 6 il ərzində onkologiya inkişafı arasında olan əlaqəni aşkarlayıblar.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, araşdırmanı yaponiyalı alimlər aparıb.
Tədqiqat çərçivəsində 48 mindən çox insanın səhhəti araşdırılıb, qrip, hepatit, qastroenterit və pnevmoniyanın illik yayılma göstəriciləri nəzərə alınıb.
Alimlərin sözlərinə görə, onkoloji xəstəliklər kimyəvi kanserogenlərin təsiri altında əmələ gələn infeksion çevrədə yayılmağa başlayırlar. Bundan başqa, immun sisteminin pozuntusu da buna təsir edir.
Bildirilib ki, mədə xərçəngi olan pasiyentlər digərlərindən daha çox pnevmoniyadan əziyyət çəkirir, hematoloji xərçəng xəstələri hepatitə, yumurtacıq xərçənginə düçar olanlar isə qripə yoluxur.
Bununla belə, araşdırma məhdud çərçivədə aparılıb. Məsələn, tədqiqata ətraf mühit, həyat tərzi və genetikanın təsirləri barədə heç bir bilgi yerləşdirilməyib.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir